!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nəriman Nərimanovu bütləşdirməyə ehtiyac olmadığı kimi, onun üstündən xətt çəkməyə də...” – Ənvər Əliyev

!Reklam – Yazi

“Onun bəlli ideoloji yolu vardı və xalqın o yolla xoşbəxtliyə çıxacağına inanırdı”.

Bu fikirləri Nəriman Nərimanovla bağlı cəmiyyətdə növbəti dəfə aktuallaşan müzakirələrə münasibət bildirən milli-azadlıq hərəkatının rəhbərlərindəni biri olmuş dosent Ənvər Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, istənilən şəxsiyyətə, o cümlədən Nəriman Nərimanova yanaşmada onun yaşadığı tarixi şərait nəzərə alınmalıdır:

“Qeyd etmək lazımdır ki, o dövrdə Çar Rusiyasının müstəmləkəsi olan Azərbaycanda ziyalıların yetişməsi asan məsələ deyildi. Ona görə də müxtəlif sahələrdə təhsil alan və öz xalqı üçün faydalı olmağa çalışan ziyalılarımızın dəyərini bilməliyik.

Nəriman Nərimanova gəldikdə isə onunla bağlı müzakirə və mübahisələr hər zaman olub. Qeyd edək ki, o, tək siyasətçi yox, həm də həkim, yazıçı və publisist idi. Onun bəlli ideoloji yolu vardı və xalqın o yolla xoşbəxtliyə çıxacağına inanırdı. Təbii ki, Nərimanov da istənilən insan kimi səhvsiz deyildi.

Digər tərəfdən, Nərimanovuun fəaliyyətinə bu günün prizmasından yanaşmaq da doğru deyil. İstənilən şəxsiyyətə, o cümlədən Nərimanova yanaşmada onun yaşadığı tarixi şərait nəzərə alınmalıdır. Belə olmasa, ona obyektiv qiymət vermək mümkün olmaz.

Bu gün Nəriman Nərimanovu bütləşdirməyə ehtiyac olmadığı kimi, onun üstündən xətt çəkməyə də gərək yoxdur. Mənə görə Nərimanova münasibətdə həddindən artıq aqressiv və təftişçi olmamalıyıq”.

A.Zeynalov

www.yenicag.az

321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv