Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nərimanov rayonunda ağac QƏTLİAMI - Səbəb şəxs cəzalandırıldı

Bakı şəhəri, Nərimanov rayonunda ağacları kəsən şəxs cəzalandırılıb.

Bu barədə Yenicag.az-a Ekolgiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 6/26 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Səbri Qədirov tərəfindən kəsildiyi və təbiətə 2200 manat məbləğində ziyan dəydiyi məlum olub.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Nərimanov Rayon Prokurorluğuna göndərilib”, – V.Cavadov deyib.

www.yenicag.az

139
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100