!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nərimanov sakinlərinin ƏNDİŞƏSİ: Yaşayış binasında uçma riski yaradan “təmir” işləri aparılır – VİDEO

!Reklam – Yazi

Nərimanov rayonunda yaşayış binasının 1-ci mərtəbəsində aparılan söküntü işləri qəzalı vəziyyət yaradıb.

Yenicag.az-ı bu barədə məlumatlandıran bina sakinləri orada aparılan işlərin onların həyatına ciddi təhlükə yaratdığını bildiriblər.

Bakının Nərimanov rayonu Əliyar Əliyev küçəsi ev 39 ünvanında yerləşən yaşayış binasında yaşayanların rahatlığı artıq bir müddətdir, pozulub.

Redaksiyamıza müraciət edən sakinlərin sözlərinə görə, adı bilinməyən şirkətin binanın 1-ci mərtəbəsində apardığı “təmir” işləri onların rahatlığını pozmaqla yanaşı, tikilinin da qəzalı vəziyyətə düşməsinə səbəb olub.

Sakinlər deyirlər ki, bu “təmir” işləri zamanı binanın 1-ci mərtəbəsindəki arakəsmələr sökülüb və bu da tikilinin uçma riskini artırıb.

Həyatları üçün yaranan təhlükədən ciddi narahat olan sakinlər aidiyyatı qurumların bu işə təcili müdaxilə etmələrini istəyirlər.

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv