!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Nəsə deyərsən, on qat cavabını verərəm”- Pərvin kimi HƏDƏLƏDİ?

!Reklam – Yazi

“Əsəbi insanam, nəsə deyərsən on qat artıq cavabını verərəm”.

Yenicag.az xəbər verir ki, bunu tanınmış aktrisa Pərvin Abıyeva açıqlamasında deyib.

Aktrisa xaraktercə aqressiv olduğunu və xətrinə dəyən insanlarla kobud rəftar etdiyini bildirib:

“Mən elə doğuşdan qalmaqallı doğulmuşam. Həmişə adım qalmaqallarda hallanıb. Sanki bəzi adamlar mənimlə qalmaqal etməyi özünə fəxr bilir.

Mən həmişə demişəm, ağızdan pis insanam. Kimsə mənim xətrimə dəyəndə, fikirləşirəm ki, bu, mənim xətrimə dəyirsə, mən niyə onun xətrinə dəyməyim. Mən də 15 qat artıq xətrinə dəyirəm və deyirəm ki, bax gör xoşuna gəlir? Əsəbi insanam, nəsə deyərsən on qat artıq cavabını verərəm”.

Pərvin yeni avtomobilini “TikTok”un pulu ilə alması barədə yayılan xəbərə də münasibət bildirib:

“Tanıyanlar bilir ki, lüks həyatı sevirəm, bunu özümə yaşadıram. Bunu “Tiktok”a gələndən sonra etməmişəm. Elə düşünməsinlər ki, Pərvin “TikTok”dan gələn pulun hesabına kef edir, xeyr, elə şey yoxdur”.

Aktrisa bunu efirdə söyləyib.

Nehru

www.yenicag.az

1064
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv