!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimi RİH-də Milli Mətbuat Günü qeyd olundu - FOTOLAR

!Reklam – Yazi

Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, YAP Nəsimi YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, ölkənin aparıcı qəzet, televiziya və elektron informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Yenicag.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Asif Əsgərov qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib:

“Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib: “Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – 22 iyul Azərbaycan Milli Mətbuat günü elan edilib. Müstəqilliyin əldə edilməsindən sonra informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır.  Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə vəinformasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı iləölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan vermişdir.  Çıxışına davam edən rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov
bildirdi ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bildirildi ki, İkinci Qarabağ müharibəsi zamanı KİV nümayəndələri cəbhə bölgəsində aktiv iştirak ediblər. Ümumən Vətən müharibəsinin informasiya cəbhəsinin qurulmasında jurnalistika fəal rol oynadı.”

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, və YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmış, mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə mətbuat işçiləri adından minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV
nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.

 

Məsimə

 

 

 

 

 

 

 

 

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv