!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Netanyahu, bunu yaxşı anla..." - Ərdoğan

!Reklam – Yazi

İsrailin baş naziri Binyamin Netanyahunun siyasi karyerası, xüsusən də İsrailin Qəzzadakı hərəkətləri və siyasi dəstəyi itirməsi səbəbindən başa çatır.

Yenicag.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.

“Netanyahu iki naziri götürüb mətbuata açıqlama verir. O, çox narahatdır. Ər-Riyad sammiti və Makronun açıqlamaları onu narahat edib. Keçən gün dediklərim: Hey Netanyahu, bu sizin yaxşı vaxtlarınızdır. Səni başqa vaxtlar gözləyir… Netanyahu, bunu yaxşı anla, gec-tez gedəcəksən”, – deyə Ərdoğan bildirib.

İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının fövqəladə birgə sammitində iştirak etmək üçün Ər-Riyada səfər edən prezident Ərdoğan bildirib ki, Türkiyə regional münaqişələrin həllində əsas ölkədir.

“Türkiyə regiondakı böhranların və problemlərin həlli üçün əsas ölkədir. Türkiyə yeganə ölkədir ki, coğrafiyamızın bütün ölkələri ilə görüşə, ziddiyyətli və döyüşən tərəfləri bir masa arxasında toplaya bilir”, – Ərdoğan jurnalistlərə deyib./unikal

www.yenicag.az

119
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv