!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nəticə İsveçin öz üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirməsindən asılıdır” – AKP millət vəkili

!Reklam – Yazi

“İsveçin gec də olsa, Türkiynin əsaslı narahatlığını qəbul etməsi müsbət haldır”.

Bu fikirləri Türkiyə, İsveç və NATO arasında ötən gün Vilnüsdə əldə olunan anlaşmanın praktikliyini dəyərləndirən Böyük Millət Məclisinin (TBMM) hakim AK Partiyadan olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Vilnüs anlaşmasının tam həyata keçirilməsi İsveçin davranışlarından asılı olacaq:

“Əlbəttə, Vilnüsdə dünən baş tutan məlum görüşdə tərəflərin razılığa gəlməsi çox mühüm hadisədir və cənab prezident Ərdoğan da bununla bağlı öz məmnunluğunu ifadə edib. Qeyd olunmalıdır ki, əslində, bu anlaşma daha əvvəl də gerçəkləşdirilə bilərdi. Çünki Türkiyə Finlandiya ilə İsveçin NATO-ya üzvlüyü üçün öz haqlı şərtlərini irəli sürmüşdü.

Lakin Finlandiyadan fərqli olaraq, İsveçin Türkiyənin təhlükəsizliyini təhdid edən məsələləri nəzərə almaması bu ölkənin hələ ki, NATO-dan kənarda qalmasına səbəb oldu. İsveçin gec də olsa, Türkiynin əsaslı narahatlığını qəbul etməsi müsbət haldır. Qarşıdakı yaxın müddətdə İsveçin NATO-ya üzvlük protokolunun Böyük Millət Məclisinin müzakirəsinə çıxarılması gözlənilir. Ancaq bütün hallarda nəticə İsveçin öz üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirməsindən asılı olacaq”.

A.Zeynalov

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv