!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəticəsiz başa çatan DANIŞIQLAR: "Delimitasiya və demarkasiya prosesinin hansı xəritələr üzrə həll olunması..."

!Reklam – Yazi

“Rəsmi İrəvan daim sülh danışıqları prosesinin uzadılması üçün “təkliflər” irəli sürür”.

Bunu Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin Berlində keçirilən görüşü ilə bağlı fikirlərini səsləndirən politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə Berlində keçirilən görüşün ciddi nəticə verməyəcəyi əvvəlcədən məlum idi:

“Çünki Ermənistan hazırkı dövrə kimi kifayət qədər problemlər formalaşdırıb. Ən əsası, öz imzasının arxasında durmağı bacarmamasıdır.

10 Noyabr bəyanatında Zəngəzur dəhlizində maneəsiz hərəkətin təmin olunması ilə bağlı müddəa var. Azərbaycan Kolininqrad modelinin tətbiq olunmasını istəyir. Yəni vətəndaşlarımız Naxçıvana gedərkən gömrük və sərhəd yoxlamasına məruz qalmamalıdır. Çünki keçid Azərbaycandan yenə də Azərbaycan ərazisinədir. Ermənistan bununla razılaşmaq istəmir.

Əlavə olaraq, həmin bəyanatın digər müddəalarından biri isə dəhlizə rus sərhədçilərinin nəzarəti ilə bağlıdır. İmzası ilə bu müddəanı qəbul edən Ermənistan Baş naziri Nikol Paşinyan yenə boyun qaçırır. Düşmənçiliyin mövcud, ermənilərin isə təxribata meyilli olduğu bir vaxtda yola nəzarətin Ermənistan tərəfindən təmin olunması bizim üçün arzuolunan deyil. Ən azından, bir müddət dəhlizə rus sərhədçilərinin nəzarəti daha təhlükəsizdir.

Eyni zamanda, delimitasiya və demarkasiya prosesinin hansı xəritələr üzrə həll olunması məsələsi mübahisəlidir. Ermənistan 1975-ci ilin xəritələrini istinad götürərək həll yolu axtarmağa çalışır. Ermənistanın yaratdığı bu və digər problemlər müzakirə olunmalı, razılaşdırılmalıdır. Rəsmi İrəvan daim sülh danışıqları prosesinin uzadılması üçün “təkliflər” irəli sürür. Bu gün də Ermənistanın pozuculuq fəaliyyəti davam etdirilir. Nəticə etibarilə, proseslərin hələ bir müddət ləngiyəcəyi istisna olunmur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv