!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəticəsiz bitən Rusiya-Ukrayna görüşləri: "Hər iki tərəfin səsləndirdiyi qiymətləndirmə..." - Politoloq

!Reklam – Yazi

“Rusiya Ukraynanı viran qoymaq üçün əlindən gələni edəcək, ancaq hərbi qələbə əldə edə bilməyəcək”.

Bunu Ukrayna-Rusiya müharibəsinin 15 günü ərzində 3 nəticəsiz görüşün keçirilməsi, tərəflərin şərtlərindən geri addım atmaması və müharibənin mümkün nəticəsi haqqında danışan Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, proses bir tərəfin şərtsiz hərbi qələbəsi əldə olunana qədər davam edəcək:

“Hərbi qələbəni Rusiya əldə edəcək, yoxsa Ukrayna – bunu heç kəs deyə bilməz. Çünki hər iki tərəfin səsləndirdiyi qiymətləndirmə bir-birinə ziddir. Rusiya tərəfi deyir ki, hərbi qələbə qazana bilərik. Əhali arasında böyük itkilərə yol verməmək üçün addım-addım irəliləyirik və bütün gücümüzdən istifadə etmirik.

Ukrayna tərəfi isə bildirir ki, rus ordusunun hücum potensialı tükənib. 2-3 gündən, bir neçə uğursuz hücum cəhdindən sonra rus ordusu tamam dayanacaq. Bundan sonra Ukrayna ordusu əks-hücuma keçib yadelli işğalçıları ölkə ərazisindən çıxaracaq.

Hər iki tərəfin mütəxəssisləri öz dediklərini təsdiqləmək üçün müxtəlif mövqeləri göstərirlər, qüvvələr nisbətini təhlil edirlər. Məsələ ondadır ki, biz özümüz də düşünməyi bacarırıq. Əvvəla, Rusiya iki-üç gün ərzində Ukrayna məsələsini həll etmək istəyirdi. Putinə verilmiş məlumatlar yanlış çıxdı. Putinə deyirdilər ki, əhali onları duz-çörəklə qarşılayacaq, Zelenski qaçacaq. Təsadüfi deyildi ki, ABŞ hökuməti də Zelenskinin təxliyyə edilməsini təklif edirdi. Zelenski qaldı, Ukrayna ordusu müqavimət göstərməyə başladı, əhali rusları duz-çörəklə qarşılamadı, əksinə, işğal olunmuş şəhərlərdə Ukrayna bayraqları qaldıraraq etiraz nümayişləri keçirirlər. Belə bir şəraitdə rus ordusu yalnız bir böyük şəhəri – Xersonu götürə bilib. Xarkovu götürə bilməyib, Kiyevi mühasirəyə ala bilmir, hətta Mariupolu belə ala bilməyiblər.

Gözləmək olar ki, bir-iki gün də müharibə ağır şəraitdə davam edəcək. Görünür, şərtlərindən geri çəkilməli olacaqlar. Krımın və Donbasın Rusiyaya məxsusluğunu tanımaqla kifayətlənəcəklər. Digər şərtlərə əməl edilməyəcək. Zelenski, onsuz da, NATO-ya girmək fikirlərinin olmadığını deyib. NATO-nun da Ukraynanı quruma üzv etmək fikri yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv