!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Neymar 5 illik həbs oluna bilər

!Reklam – Yazi

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar korrupsiya işi üzrə məhkəmə qarşısına çıxmalı olacaq.

Yenicag.az “El Pais”ə istinadən xəbər verir ki, oktyabrın 17-də İspaniyada braziliyalı hücumçu və onun “Barselona” ilə müqaviləsindəki korrupsiya ittihamı üzrə əlaqədar daha 5 nəfərə qarşı məhkəmə prosesi başlanacaq.

Neymarın valideynlərinə, o cümlədən “Barselona”nın sabiq prezidentləri Sandro Rosel və və Xosep Maria Bartomeuya qarşı da məhkəmə iddiası qaldırılıb.

İddianı qaldıran Braziliyanın DIS şirkətidir. “Santos”da oynayarkən futbolçunun 40% hüquqlarına sahib olmuş bu şirkət hesab edir ki, “Barselona” bu keçid zamanı fırıldaq işlədib və 150 milyon avrodan çox təzminat ödəməlidir.

Şirkət və prokurorluq hesab edir ki, 2011-ci ildə Neymar və atası futbolçunun hüquqlarının “Santos”a aid olmasına məhəl qoymadan, “Barselona” ilə iki saxta müqaviləyə qol çəkib.

Prokurorluq məhkəmədən Neymara 2 illik həbs cəzası və 10 milyon avro məbləğində cərimə verilməsini tələb edir. Şirkət isə Neymarın 5 il müddətinə həbs olunmasını istəyir.

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv