!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nəzakət Teymurova: “İnsan nə qədər şəxsiyyətsiz, səviyyəsiz olmalıdır ki, bunu yazsın”

!Reklam – Yazi

“Baxırsan ki, tanıdı-tanımadı, ağızlarını Allah yoluna qoyub, nə gəldi danışır, yazırlar. Bu, tərbiyəsizlikdir”. 

Bunu sosial şəbəkələrdə paylaşılan foto və stutasların altına yazılan qeyri-etik rəylərdən qəzəblənən tanınmış xanəndə, Xalq artisti Nəzakət Teymurova Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi insanların son vaxtlar aqressiv olmasından gileylənib:

“İnsanlar çox aqressivləşib. Evlərində oturub, klaviatura arxasında şirə-pələngə dönürlər. Çox əsəbiləşirəm. İnsanı tanımaya-tanımaya necə belə rəylər yazmaq olar? Hər kəsə söz atırlar. Hansı ki, sənətkarlara ömrüboyu hörmətlə yanaşıblar. Amma son vaxtlar bilmirəm bəzi ifaçılar bu qıcığı yaradıb, ya bəzilərinin həyat şəraitləri çətin olduğundan aqressivləşiblər. Peşman olub, övladınla bir şəkil paylaşırsan. O saat başlayırlar ağızlarına gələni yazmağa. İnsan nə qədər şəxsiyyətsiz, səviyyəsiz olmalıdır ki, tanımadığı insan haqqında belə rəylər yazsın.

Mənim də çox şey xoşuma gəlməyə bilər. Amma o halda susuram. Yaxud da yaxın sənət dostum barədə qalmaqallı fikir yazıla bilər. Telefonla zəng edib fikrimi bildirərəm. Daha bunu açıq şəkildə yazıb, ictimailəşdirmərəm. Axı heç kimə ixtiyar verilməyib ki, kimisə təhqir etsin, barəsində qeyri-etik ifadələr səsləndirsin”.

Cəvahir

www.yenicag.az

1325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv