!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Niderland Rusiya diplomatlarını casusluqda ittiham edir

!Reklam – Yazi

Niderlandın Xarici İşlər Nazirliyi casusluq edən Rusiya diplomatlarının ölkədən çıxarıldığını, eləcə də Rusiya səfirliyinin Amsterdamdakı ticarət bölməsinin bağlandığını bildirib.

Yenicag.az xəbər verir ki, Niderland XİN Moskvanı ölkəsinə casuslar göndərməkdə ittiham edib.

Rusiya da buna cavab olaraq, niderlandlı diplomatların Moskvada işləməsi üçün viza verməkdən imtina edir.

“Niderland məsələnin həlli üçün yollar tapmağa çalışsa da, Rusiya diplomatik ad altında ölkəmizə kəşfiyyatçı zabitlər yerləşdirməyə cəhd göstərir. Biz buna dözə bilmərik və buna imkan verməyəcəyik”, – deyə xarici işlər naziri Vopke Hoekstra vurğulayıb.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsindən əvvəl casusluqda şübhəli bilinən 17 rus diplomat Niderlanddan qovulmuş və həmin vaxtdan bu ölkədə 58 rus diplomatının qaldığı bildirilirdi. Həmin vaxt Rusiya da Niderlandın 15 diplomatını ölkədən çıxarmışdı.

Qərara alınıb ki, Rusiyanın Haaqadakı səfirliyində və Niderlandın Moskvadakı səfirliyində eyni sayda diplomat olmalıdır.
Beləliklə, Rusiya səfirliyinin Amsterdamdakı ticarət bölməsi fevralın 21-dən, Niderlandın Sankt-Peterburqdakı baş konsulluğu isə fevralın 20-dən fəaliyyətlərini dayandıracaq./Azertag/

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv