!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Niderlandda restorana silahlı hücum edildi: Türklər öldürüldü

!Reklam – Yazi

Niderlandın şimalındakı Zvolle şəhərində silahlı hücum zamanı türk bacı-qardaş öldürülüb.

Yenicag.az bu barədə türk mediasına istinadən xəbər verir.

Ailənin yaxınları bildiriblər ki, hadisə zamanı qətlə yetirilənlər türkdilli xəbər saytının sahibi H.T. və qardaşı A.T.-dır.

Niderland polisi açıqlamasında hadisənin “Fast food” restoranına hücum edən şəxsin atəş açması nəticəsində baş verdiyini bildirib.

Yerli mətbuatın xəbərlərinə görə, cinayətkar restorana girən kimi iki nəfərə atəş açıb, içəridəki digər müştərilər təlaş içində çölə qaçıblar.

Polis ərazidə təhlükəsizlik tədbirləri görüb və silahlı şəxsin tutulması üçün əməliyyata başlayıb./Report/

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv