!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nigardan bayağı mahnı ETİRAFI: “İllərlə qazandığım əziyyəti pula görə...”

!Reklam – Yazi

“Deyirəm, bacı, sənə qurban olum, efirdə elə mahnı oxuduğumu görmüsənmi?”

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, əməkdar artist Nigar Şabanova “Gül kimi şou”da deyib.

Sənətçi getdiyi toy və digər məclislərdə hər mahnının oxumadığını deyib və bunun səbəblərini açıqlayıb:

“Elə tərz mahnılar var, mən o mahnıları oxumuram. Mən də istəyərəm, ayıma məsələn, 10 min yox, 40 min qazanım. Amma illərlə qazandığım əziyyəti pula görə yerə vura bilmirəm.

Mənə də sifariş verirlər, amma o mahnıları toyda oxumuram. Bəzən elə mahnı istəyirlər, o mahnının adı belə biabırçılıqdır. Deyirəm, bacı, sənə qurban olum, efirdə elə mahnı oxuduğumu görmüsənmi? Deyir, yox.

Məni o mahnıları oxumadığım üçün “bizim də qulağımız o mahnılardan təmizlənsin” deyə ev yiyəsi toyuna, məclisinə çağırır. Məni o cür cılız ifa ilə efirlərdə görməmisənsə, demək ki mən də burada onu oxumayacağam”.

Nehru

 

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv