Nigeriya Hərbi-Hava Qüvvələrinin qaçqın düşərgəsinə səhvən endirdiyi aviazərbə nəticəsində ölənlərin sayı 236-ya çatıb.
Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, insident yanvarın 17-də “Boko Haram” terror qruplaşmasına qarşı keçirilən hərbi əməliyyat zamanı Kamerunla həmsərhəd Renn şəhərində baş verib.
Ölənlərin əksəriyyəti qadın və uşaqlardır.
Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.
Yeniçağ.Az