Nihat Zeybekçi: “Qardaşlar arasında pul söhbəti olmaz”

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Türkiyə və Azərbaycan arasındakı iqtisadi münasibətlər barədə Yenicag.az-ın sualını cavablandırıb.

– Türkiyənin Azərbaycandakı investisiyalarının 10 milyard dollar olduğunu bildirirsiz. Azərbaycan tərəfi isə bu məbləğin 11,7 milyard dollar olduğunu açıqlayıb. Bu fərq nədən qaynaqlanır?

– Bunlar kiçik məsələlərdir. İnsan sevdiyinə verdiyi pulu hesablamaz. Mən belə hesab edirəm ki, rəqəm fərqinin bir mənası yoxdur, 10 milyard dollar da ola bilər, 11 milyard dollar da. Bəzən beynəlxalq ticarətdə 3-5%-lik fərq olur. Niyə? Təbii ki, bu vəziyyət sərmayənin həcmi ilə bağlı deyil, digər məsələlərlə əlaqədardır. Bir tərəf CİF olaraq alır, digəri FOB olaraq. Arada belə fərqlər yaranır. Biri məhsulu dollarla alır, digəri başqa pul vahidi ilə. Pul vahidlərinə görə də müəyyən fərqlər yaranır. Bununla belə, bəziləri gündəlik hesabatlar hazırlayır. Bəzən isə ümumi hesabatda nəticələr dəyişə bilir”.

COP29