!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nikaha vadar edilməyə görə hansı cəza nəzərdə tutulur? - AÇIQLAMA

!Reklam – Yazi
“Qadının hansı şəraitdə bu nikaha məcbur edilməsi təfərrüatları bəlli olduqdan sonra hadisəyə qiymət vermək daha düzgün olaradı”. 
Yenicag.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov sosial şəbəkədə gənc qızın zorla ərə verildiyini əks etdirən kadrların hüquqi tərəflərini izah edərkən deyib.
Vəkil bildirib ki, Sovet dönəmində qadının öz iradəsi əlehinə əleyhinə evləndirilməsi 1960-cı ilin Cinayət Məcəlləsinin 128-ci maddəsində “Qadını ərə getməyə məcbur etmə və ya onun ərə getməsinə mane olma” kimi öz əksini tapmışdı:

“Həmin Məcəllənin 129-cu maddəsində isə “qadını evlənmək məqsədilə oğurlama” kimi nəzərdə tutulmuş, cinayətə görə 3 il və 5 il azadlıqdan məhrum etmə cəzaları təsbit edilmişdi. Hazırda qüvvədə olan Cinayət Məcəlləsində isə “qız qaçırma” adəti də CM-nin 144-cü “adam oğlurluğu” maddəsi kimi təsbit edilərək ağır cinayətlər kateqoriyasına aid edilib. Lakin sözügedən videoda qadının qaçırılmasından söhbət getmir. Burada könülsüz ərə vermək motivləri hiss edilir. Təbii ki qadının ailə qurduğu zaman yetkinlik yaşına çatıb-çatmaması ən önəmli faktorlardan biridir. Lakin təkcə video görüntü bu hadisəni qiymətləndirmək üçün kifayət deyil”.
Səməd Vəkilov hesab edir ki, bu məsələ sosial şəbəkədə yayıldığı üçün qanunvericilik onun araşdırılmasını tələb edir:
“Onu da unutmayaq ki, əməlin cəzalandırılmalı olması üçün həmin əməl hökmən Cinayət Məcəlləsində öz əksini tapmalıdır”.
Qeyd edək ki, sosial şəbəkədə Azərbaycanda Azərbaycanda baş tutan toy mərasimində gənc qızın zorla ərə verildiyini əks etdirən kadrlar yayılıb. Polis qızın bu izdivaca məcbur edildiyinin aydın şəkildə göründüyü sözügedən kadrlarla bağlı artıq araşdırmaya başlayıb.

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv