!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nikol Paşinyan Ermənistanı geosiyasi “bomj”a çevirib” – Aşotyan

!Reklam – Yazi

“Nikol Paşinyan Ermənistanı geosiyasi “bomj”a çevirib”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu həbsdə olan Ermənistan Respublika Partiyasının (ERP) sədr müavini Armen Aşotyan Facebook səhifəsində yazıb.

“2020-ci il noyabrın 9-dan sonra erməni xalqı yeni müharibələrin, yeni itkilərin, yeni güzəştlərin qarşısını almaq üçün ən mühüm addımı atmadı.
Nikol Paşinyan aradan götürülmədi, çox böyük insan və ərazi itkilərinin günahkarlarını cəzalandırmadı. Nikol cəzasız qaldı.

Nikol sayəsində nə daxili, nə də xarici təhlükəsizlik üçün effektiv mexanizmlərimiz var.
Paşinyan öz ordusunu darmadağın etməklə, öz ordusuna barmağını silkələməklə, köhnə müdafiə sistemini dağıdıb yenisini yaratmamaqla Ermənistanı geosiyasi “bomj”a çevirdi.

Ermənistanın gələcək üçün yalnız bir halda, erməni xalqı Nikol Paşinyanı hakimiyyətdən məhrum etsə, şansı olacaq”, – deyə Aşotyan bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

131
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv