!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nikolayevin qubernatoru azərbaycanlı iş adamına təşəkkürnamə verdi - FOTOLAR

!Reklam – Yazi

Nikolayev şəhərinin meri Vitali Kim həmyerlimiz Zaur Ağabəyovla görüşüb. 

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Odessa azərbaycanlıları “Birlik” diaspora təşkilatının sədr müavini, “Yeni Müsavat”ın Ukrayna təmsilçisi Anar Natiqoglu verib.

O bildirib ki, Vitali Kim iş adamı olan soydaşımıza savaşın ilk günlərindən həm Ukrayna ordusuna, həm də yerli xalqa göstərdiyi maddi, humanitar dəstəyə görə təşəkkürnamə verib.

“Nikolayevin qubernatoru Z.Ağabəyovun timsalında cənub zonasında və bütün Ukraynada yaşayan azərbaycanlı fəallara da təşəkkür edib”.

Xatırladaq ki, Zaur Ağabəyovun oğlu Nikolayev şəhər sovetinin deputatı Ramil Ağabəyov da həm şəhərin su təhcizatı, həm də digər humanitar məsələlərdə öndə olanlardandır.

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv