!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nikosayağı” apellyasiya şikayəti verəcək? - AÇIQLAMA/YENİLƏNDİ

!Reklam – Yazi

“Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov AzVision.az-a açıqlamasında məhkəmənin oğlu ilə bağlı ədalətli qərar verdiyini deyib:

“Dövlətin qəbul etdiyi qanunlar çərçivəsində məhkəmə qərar qəbul edib. Bu qərarla da razıyıq və apellyasiya şikayəti verilməyəcək. Nicat məhkəmənin qərarı əsasında cəzasını çəkəcək”.

Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

***

10:11

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirliyə hökm oxunub.

Yenicag.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

***

09:36

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək və hökm oxunacağı gözlənilir.

Yenicag.az xəbər verir ki, proses hakim Samir Əliyevin sədrliyi ilə baş tutacaq.

Məhkəmə prosesi 09:30-da başlayacaq.

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv