!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nişan mərasimindən qayıdanlar qəzaya düşdü - Ölən və yaralananlar var / ADLAR

!Reklam – Yazi

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki , hadisə rayonun Goranboy-Ağcakənd yolunun rayonun Zeyvə kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik maşını sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı Yevlax rayon sakini 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb.

1950-ci il təvəllüdlü Mustafayeva Səyali Cəbi qızı və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, qəzaya düşənlər Zeyvə kəndində nişan mərasimdən qayıdırlarmış.

Onların hamsı Yevlax rayon sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv