!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Niyaməddin Musayev illər sonra SİRRİNİ AÇDI: “Deyim, hamı bilsin…”

!Reklam – Yazi

“Həmişə məndən soruşurlar ki, illərdir, bu sevgini necə qoruyub saxlaya bilmisiniz, nəğmələrinizlə ürəkləri fəth edirsiniz, bunun sirri nədədir?Elə siz də bu sualı mənə verdiniz, qoyun, bu sirri açım, hamı bilsin. Bu sirrin səbəbi incə ruhlu insanlardadır ki, mənim nəğmələrimi duyub, anlaya biliblər. Musiqilərim onların qəlbinə yol tapa bilib. Bu sevgi qarşılıqlı olub”.

Bunu Yenicag.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən Xalq artisti Niyaməddin Musayev təəssüratlarını bölüşərkən deyib.

82-nin kürəyini yerə vuran illərin müğənnisi Allahın ona bəxş etdiyi ən böyük hədiyyədən də danışıb:

“Mən hər zaman özümü şanslı insan saymışam. Şanslıyam ona görə ki Allah mənə bu istedadı, bu səsi verib. Allahımla danışanda ona minnətdarlığımı ifadə edirəm, elə bu gün də, ömrümün bu çağında Ona üzümü tutub dedim: “Allahım bu səsi və xalqımın sonsuz sevgisini mənə verdiyinə görə xoşbəxt insanam”. Bundan böyük hədiyyə nə ola bilər? Heç vaxt zəhmətim hədər getməyib, xalqım tərəfindən sevilirəm. Dövlətim də zəhmətimi artıqlamasıyla qiymətləndirilib. Bu gün xoşbəxt sənətkar olduğumu ürəklə deyə bilərəm.

“Nə vaxtsa səsinizi itirməkdən qorxmusunuzmu?” sualına xalq artistinin cavabı belə oldu:

“Əlbəttə, belə qorxularım olub. İnsanıq, bəzən soyuqdan-istidən səsimizi qorumalı oluruq. Amma səsimi qorumaq üçün nələrsə etməmişəm. Səsimi qoruyan Allahdır. Hər şeyi Allahdan istəmişəm, O da verib”.

Cəvahir

www.yenicag.az

990
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv