!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Niyə Azərbaycan əsgərini heç olmasa bir erməniyə dəyişə bilmədilər?” - Adibekyan

!Reklam – Yazi

Ermənistan fevralın 28-də azaraq sərhədi keçən Azərbaycan əsgərini geri qaytarıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı erməni mediasında müzakirələr səngimək bilmir. Erməni ekspertlər, hüquqşünaslar “Niyə Azərbaycan əsgərini heç olmasa bir erməni əsirinə dəyişə bilməyiblər?” sualına cavab tapmağa çalışırlar.

“Xoş niyyət əlaməti olaraq və ən yüksək səviyyədə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında əldə edilmiş razılaşmaya uyğun olaraq, yolu azmış və qarşı tərəfə düşmüş hər iki tərəfin hərbi qulluqçularının təhvil verilməsi üçün geri qaytarılmalıdır. Ruslan Eldanis oğlu Pənahov Azərbaycan tərəfinə qaytarıldı.

Həqiqətən də belə bir təəssürat yaranır ki, erməni tərəfi Azərbaycanın bütün tələblərini heç bir fərq qoymadan yerinə yetirir.

Belə olan halda, bu əsgər üçün heç olmasa bir erməni əsir tələb edə bilməzdilərmi?”, – erməni ekspert Armine Adibekyan deyib.

Daha sonra Adibekyan əlavə edib:

“Həmişə mübadilə olub və bu, “hamını hamıya” prinsipi ilə baş verib.
Bizdə, məsələn, 3 əsir var idisə, onlarda 15 idi, biz 3-ü verdik, 15-i aldıq. Hər əsir üçün vuruşurduq.
Rəsmi olaraq təsdiqlənib ki, hazırda Azərbaycan həbsxanalarında 23 erməni məhbus, o cümlədən “Artsax”ın keçmiş rəhbərliyi, 8 hərbi və siyasi xadim var. Qeyri-rəsmi məlumatlara görə, burada əsir götürülmüş 80-ə yaxın erməni var.

İndi onlar əl-qolunu yelləyərək evlərinə qayıdacaqlar, bizimkilər isə əsirlikdə qalacaqlar.
Olmazdı ki, Ermənistan hökuməti Azərbaycan əsgərinin əvəzinə heç olmasa, bir erməni əsiri tələb edəydi?”.

Xuraman Etibarlı

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv