!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi IX Qlobal Bakı Forumunun video hesabatını təqdim etdi

!Reklam – Yazi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə keçirilən IX Qlobal Bakı Forumunun video hesabatını təqdim edib.

“Qlobal Dünya Nizamına Çağırışlar” başlığı ilə keçirilən IX Qlobal Bakı Forumu 53 ölkədən 400-dən çox qonağı bir araya gətirdi.

Forumun açılışında Azərbaycan Respublikasının Prezidenti, Mərkəzin Həm-sədrləri xanım Vayra Vike-Freyberqa və cənab İsmayıl Seragəldin, Albaniya Respublikasının Prezidenti, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri, Gürcüstan Prezidenti, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, BMT-nın Genevrə ofisinin Baş Direktoru, Ərəb Liqasının Baş Katibi, Türkiyə Cümhuriyyəti Prezidenti adından sabiq Baş nazir və Mərkəzin üzvü Binəli Yıldırım çıxış etmişdilər.

Eyni zamanda, İtaliya Respublikasının Prezidenti, Böyük Britaniyanın Baş naziri, Latviya Respublikasının Prezidenti, Şimali Makedoniya Respublikasının Prezidenti, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi, ABŞ-ın Romadakı BMT Agentlikləri yanında Daimi Nümayəndəsi, Vitse-Prezident və Google şirkətinin Vitse-Prezidenti və İnternet Evangelist forumun işinə onlayn qoşulmuşdular.

IX Qlobal Bakı Forumu zamanı 11 paneldə 30 saat davam edən müzakirələrdə 24 sabiq prezident, 13 sabiq baş nazir və 18 sabiq baş nazirin müavini, xarici işlər nazirləri iştirak etmişdir.

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv