!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi “Concordia” Sammitində iştirak edir

!Reklam – Yazi

unnamed (1)Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində “Concordia” Sammiti işinə başlayıb. Sammit çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, “Concordia” və Atlantik Şurasının tərəfdaşlığı ilə “Avropanın gələcəyi” mövzusunda panel iclas keçirilib.

Atlantik Şurasının icraçı vitse-prezidenti Daymon Vilsonun sədrlik etdiyi iclasda son dövrlərdə Avropa qitəsində cərəyan edən proseslər, baş verən müxtəlifliklər müzakirə edilib. Əsas diqqət Avropada qaçqın böhranı, Böyük Britaniyanın Avropa İttifaqından çıxması, Avropada disinteqrsiya məsələlərinə ayrılıb. Bildirilib ki, 2017-ci ilin I yarısı Avropada mühüm dəyişikliklərlə yadda qalacaq. Belə ki, Fransa, Almaniya, o cümlədən ABŞ-da keçiriləcək seçkilərin nəticəsi proseslərə öz təsirini göstərəcək.

Panel iclasda aparılan strateji müzakirələr 2017-ci ilin yazında Avropada təşkil olunacaq “Concordia” Sammitinin gündəliyi üçün baza rolunu oynayacaq. Müzakirələr zamanı həmçinin, miqrasiya və qaçqınların inteqrasiyası, korrupsiya və şəffaflıq məsələləri, iqlim dəyişikliyi, enerji, ticarət, investisiya, o cümlədən “Brexit” səsverməsinin nəticələri və Avropa İttifaqının gələcəyinə dair fikir mübadiləsi aparılıb.

İclasda ABŞ Dövlət Katibinin demokratiya və qlobal məsələlər üzrə sabiq müavini, xanım Paula Dobrianski, Avropa Komissiyasının I vitse-prezidenti Frans Timmermans, Avropa Parlamentinin üzvü Marieta Şaake, İtaliyanın sabiq Baş naziri, İtaliya Konstitusiya Məhkəməsinin hakimi Giuliano Amato, İsrailin Fransa, Monako, Niderland və ABŞ-dakı sabiq səfiri Yossi Qal, Avropa İttifaqının sabiq Prezidenti Xose Manuel Barrozo, Atlantik Şurasının Prezidenti və Baş icraçı direktoru Federik Kempe iştirak edib.

Müzakiərlərə həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvləri – Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, eləcə də Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko, BMT Baş katibliyinə namizəd, YUNESKO-nun baş direktoru İrina Bokova, YUNESKO-nun baş katibliyinə namizəd, Serbiyanın sabiq xarici işlər naziri Vuk Yeremiç və başqaları da qatılıb.

Qeyd edək ki, hər il sentyabr ayında Nyu-York şəhərində keçirilən “Concordia” Sammitinin məqsədi dünyanın nüfuzlu iş adamları, siyasətçiləri, dövlət və hökumət başçıları, qeyri-hökumət təşkilatlarının liderləri arasında səmərəli tərəfdaşlıq münasibətlərinin qurulmasına şərait yaratmaqdır.

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv