!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nizami rayonunda aparılan qanunsuz tikinti DAYANDIRILDI - RƏSMİ + FOTO

!Reklam – Yazi

Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsində aparılan qanunsuz tikinti ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərə aydınlıq gətirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Konkret.az-a verilən məlumatda bildirilir ki, artıq ərazidə tikinti işləri dayandırılıb: “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən ərazidə şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib və Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti və Bəhruz Nuriyev küçəsinin kəsişməsində piyada səkisinin zəbt edilərək (50 kvadratmetr sahədə) yerində qanunsuz parklanma yerinin tikintisi faktı aşkarlanıb.

Nəticədə Baş İdarə və müvafiq rayon icra hakimiyyəti tərəfindən həmin ünvanda aparılan işlər dayandırılıb və piyada səkisi bərpa edilib”.

www.yenicag.az

157
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv