!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nizamlama prosesində bir neçə formatın yaranması ilk baxışda müsbət hal kimi görünsə də...” – ŞƏRH

!Reklam – Yazi

“Lavrovun sülh sazişi üzərində işlərin intensivləşməsi barədə dediklərini ciddi və pozitiv məqam kimi qəbul etmək mümkün deyil”.

Bu fikirləri mayın 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişi üzərində işlərin intensivləşməsi haqda fikirlərini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, nizamlama prosesində yaranan formatlar arasında özünü göstərən ziddiyyətlər mövqelərin uzlaşdırılmasına imkan vermir:

“Bildiyiniz kimi, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra başlayan nizamlama prosesində Moskva, Vaşinqton və Brüssel formatları yaranıb. Nizamlama prosesində bir neçə formatın yaranması ilk baxışda müsbət hal kimi görünsə də, təəssüf ki, bu durum Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə gətirib çıxarmayıb.

Bu da onunla bağlıdır ki, qeyd olunan formatlardan birinin çərçivəsində əldə olunmuş müəyyən anlaşma digər formatda aparılan danışıqlarla nəinki inkişaf etdirilmir, əksinə, həmin nəticələr sıfırlanır. Təbii ki, belə olduqda, prosesi yenidən başlamaq, müzakirə edilmiş detalları bir daha nəzərdən keçirmək lazım gəlir. Bu isə yersiz vaxt itkisi və prosesin uzanması deməkdir.

O baxımdan, Lavrovun sülh sazişi üzərində işlərin intensivləşməsi barədə dediklərini ciddi və pozitiv məqam kimi qəbul etmək mümkün deyil. Çünki Rusiya bunda maraqlı olsaydı, geridə qalan iki il yarım ərzində hətta məlum üçtərəfli bəyanat əsasında prosesdə əhəmiyyətli irəliləyişin şahidi olardıq.

Belə bir vəziyyətdə Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında vasitəçilərsiz, birbaşa danışıqların aparılması təşəbbüsünün nə qədər aktual olduğu bir daha öz təsdiqini tapır. Rusiya ilə Avropanın, o cümlədən Ermənistanın səssiz qaldığı bu təşəbbüs isə yalnız ABŞ tərəfindən dəstəklənir. Əslində isə, Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların nəticəsində sülhü təmin edən, regionun inkişafına təkan verən qərarların qəbulu xeyli asanlaşardı”.

A.Zeynalov

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv