!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nizamlama prosesinin süni şəkildə uzanması Moskva ilə İrəvanın maraqlarına uyğundur” – ŞƏRH

!Reklam – Yazi

“Planlaşdırılan Brüssel görüşündə hər hansı ciddi nəticənin olacağı haqda əminliklə danışmaq imkan xaricindədir”.

Bu fikirləri Rusiyanın Azərbaycan və Ermənistan liderlərinin mayın ilk həftəsində Vaşinqtonda keçirilmiş görüşünün nəticələrini şübhə altına almasının nizamlama prosesinə təsirini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Moskva nizamlama prosesində məhz onun təklif etdiyi prinsiplərin əsas götürülməsində təkidli görünür:

“Açıq desək, Rusiyanın narahatlığına baxmayaraq, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşündə ciddi nəticələrin əldə olunduğunu söyləmək çətindir. Ən azı, Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyan məsələlərdə hələ ki uzlaşma yoxdur.

Sadəcə olaraq, Vaşinqton görüşü danışıqlar prosesində bir neçə ay davam etmiş durğunluqdan sonra baş tutduğu üçün ABŞ paytaxtında keçirilən müzakirələr diqqəti çəkməyə bilməz. Rusiya da prosesin yenidən hərəkətlənməsi fonunda öz mövqeyini ortaya qoymağa çalışır.

Əlbəttə, Rusiya Azərbaycanla Ermənistan arasında real anlaşmanın olmasını, o cümlədən, mümkün razılaşmanın onun iradəsindən kənar gerçəkləşməsini nəinki istəmir, hətta bunun əleyhinə çıxır. Moskva artıq neçənci dəfədir ki, anlaşmanın məhz üçtərəfli bəyanat əsasında mümkünlüyünü bəyan etməklə, bu yanaşmasının dəyişməyəcəyini göstərir.

Bu isə əldə edilən razılaşmaların öz əhəmiyyətini itirməsinə, prosesin uzanmasına səbəb olur. Əslində isə, nizamlama prosesinin süni şəkildə uzanması Moskva ilə İrəvanın maraqlarına uyğundur. Odur ki, tərəflərin planlaşdırılan Brüssel görüşündə də hər hansı ciddi nəticənin olacağı haqda əminliklə danışmaq imkan xaricindədir. Ancaq müqayisə apardıqda görə bilərik ki, Rusiyadan fərqli olaraq, ABŞ məsələyə daha səmimi yanaşır”.

A.Zeynalov

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv