!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nizamlama prosesinin UZANMA SƏBƏBİ: “Ermənilərin bu məsələdə Azərbaycanı suçlamaq cəhdi...”

!Reklam – Yazi

“Ermənistan cəmiyyəti dünəndən etibarən, absurd iddialarına əlavə çalar da qatıb”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında dünən əldə olunan məlum anlaşmaya və ümumilikdə nizamlama prosesinin gedişinə erməni cəmiyyətinin yanaşması haqda danışan professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, erməni cəmiyyətində danışıqlar prosesinin məhz Azərbaycanın mövqeyi ucbatından uzanmasına dair absurd rəy formalaşıb:

“Ermənistan cəmiyyətində əsassız olaraq belə bir rəy formalaşmışdı ki, Azərbaycan sülh müqaviləsinin imzalanması prosesini mümkün qədər uzatmağa çalışır və burada Bakının məqsədi təzyiq yolu ilə İrəvanı daha çox geri çəkilməyə məcbur etməkdir. Hətta iddia edirdilər ki, guya Azərbaycan nizamlama prosesi çərçivəsində Qərbin təzyiqi ilə danışıqlara gedir. Bilirik ki, bu kimi iddialar tamamilə absurddur.

Çünki Azərbaycan istər 44 günlük müharibədən, istərsə də antiterror əməliyyatlarından sonra münasibətlərin normallaşdırılmasına yönəlik davamlı olaraq, konstruktiv təkliflərlə çıxış edib. Hətta Azərbaycan ötən il beş maddədən ibarət təklif irəli sürərək danışıqlarda səmimi mövqe ortaya qoysa da, Ermənistan o təkliflərə düzəlişlər edilməsi adı ilə yenə də prosesi uzatmağa çalışdı.

Xatırladım ki, Azərbaycan nizamlama prosesi çərçivəsində Ermənistanla danışıqların harada keçirilməsinin önəm daşımadığını, əsas məsələnin konkret nəticə əldə edilməsindən ibarət olduğunu dəfələrlə bildirib. İndiki reallıqda Azərbaycan artıq öz ərazi bütövlüyün tam bərpa edib və hazırda rəsmi Bakı bütün diqqətini qonşu dövlətlərlə, o cümlədən, Ermənistanla dinc, mehriban yaşayışın təmin olunmasına yönəldib.

Ermənistan cəmiyyəti dünəndən etibarən, bu absurd iddialarına əlavə çalar da qatıb. Guya Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin edilməsi yenə də danışıqların uzadılması məqsədindən irəli gəlir. Amma ermənilər arasında fərqli düşünənlərin olduğunu da vurğulamaq lazımdır və həmin kəsim Azərbaycanla sülh müqaviləsinin tezliklə imzalanmasının vacibliyini bildirirlər. Onlar anlayırlar ki, bu anlaşmanın əldə edilməsi Ermənistan dövlətçiliyinin qorunması üçün çox vacibdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1970
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv