!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nobel mükafatları laureatlarının müəllimi vəfat etdi

!Reklam – Yazi

Amerikalı iqtisadçı və iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Robert Solou 99 yaşında vəfat edib.

Bu barədə onun oğlu xəbər verib.

Alim Massaçusets ştatının Leksinqton şəhərindəki evində dünyasını dəyişib.

Solou 1987-ci ildə “iqtisadi inkişaf sahəsində fundamental tədqiqatlarına görə” iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb. Onun 1956-cı ildə təklif etdiyi iqtisadi artım modelində kapitalın və mənfəətin artması deyil, texnoloji tərəqqi və əhalinin artımı iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi göstərilmişdi. Həmin vaxtlar bu, elmi ictimaiyyətdə formalaşmış baxış bucağına zidd idi.
Solou modeli göstərdi ki, qənaət və investisiyaların artması ümumi istehsalın artmasına səbəb olur, lakin bu, iqtisadiyyatın uzunmüddətli artım tempinə texnoloji inkişaflarla eyni dərəcədə təsir göstərmir.

Solou Massaçusets Texnologiya İnstitutunda işlədiyi illərdə heyrətləndirici sayda gələcək məşhur iqtisadçıların, o cümlədən Nobel mükafatı laureatları olan Piter Daymond, Cozep E.Stiqlitz, Uillyam D.Nordhaus və Corc A.Akerlofun karyerasının başlamasına kömək edib.

Mənbə: Rbc.ru

www.yenicag.az

144
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv