Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nobel sülh mükafatının laureatları açıqlandı

Bu gün Norveçin paytaxtı Osloda 2021-ci il Nobel həftəsi çərçivəsində sülh mükafatının laureatları açıqlanıb.

Yenicag.az-ın məlumatına görə, bu il mükafatı filippinli jurnalist Mariya Ressa və rusiyalı jurnalist Dmitri Muratov əldə edib.

Onlar “söz azadlığının qorunması uğrunda mübarizəyə” görə mükafata layiq görülüblər.

Qeyd edək ki, bu il amerikalı fizioloq Devid Culius tibb və fiziologiya üzrə, yaponiyalı meteoroloq və iqlimşünas Syukuri Manabe, almaniyalı okeanoqraf Klaus Hasselmann, italiyalı fizik Corco Parizi fizika, almaniyalı kimyaçı Benyamin List və amerikalı kimyaçı Devid MakMillan kimya, tanzaniyalı yazıçı Əbdülrazak Qurna ədəbiyyat üzrə mükafatı əldə edib.

Nobel həftəsi çərçivəsində sonuncu mükafatın laureatı oktyabrın 11-də iqtisadiyyat üzrə açıqlanacaq.

Mükafatlar bu il dekabrın 10-da sahiblərinə təqdim olunacaq.

www.yenicag.az

98
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100