!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Nolub, sizdən başqa restorana gedən yoxdur?” - Mənzurə KİMƏ SÖZ ATDI?

!Reklam – Yazi

“Bir restorana, kafeyə, toya gedirlər, o dəqiqə video çəkib sosial şəbəkə hesablarında paylaşırlar”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva efirdə deyib.

Sənətçi getdiyi məclislərdən, restoranlardan videolar paylaşan həmkarları ilə bağlı iradlarını səsləndirib:

“Bir restorana, kafeyə, toya gedirlər, o dəqiqə video çəkib sosial şəbəkə hesablarında paylaşırlar. Nolub?

Bəyəm sizdən başqa restorana, toya gedən yoxdur? Camaat restorana getmir? Biz toya getmirik? Mən onları görəndə, şoka düşürəm. Səni sevən onsuz da sevir.

Mən hər gün toya gedim, onu çəkim paylaşım? Şəxsən belə paylaşımları sevmirəm. Arada efirdə olan bəzi çəkilişlərdən videolar paylaşıram. Bu sosial şəbəkələrlə bağlı hərənin bir cür yanaşması var.

Bəziləri hesab edir ki, sosial şəbəkədə yoxsansa, deməli, sən həyatda da yoxsan. Elə deyil axı… Əsas odur, gözəl mahnıların, sənətin olsun. Sevən səni onsuz da sevəcək”.

Nehru

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv