!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Normal su təchizatı istəyən vətəndaşlar bunu etməlidir

!Reklam – Yazi

“Qanunsuzluq aşkar edildikdə mütləq inzibati tədbir görülür. İnzibati xətalar məcəlləsinin 246-cı maddəsinə görə, əgər kimsə qanunsuzluğun qarşısını almağa çalışmasa cərimə ediləcək. Yəni kimsə belə hallarla rastlaşsa, mütləq bildirməlidir”.

Yenicag.az xəbər verir ki, bu sözləri su israfçılığı, suyun qanunsuz istifadəsi ilə bağlı keçirilən brifinqdə “Azərsu” ASC-nin hüquq departamentinin rəis müavini Nofəl Bağırzadə deyib.

N. Bağırzadə qeyd edib ki, normal su təminatı istəyən vətəndaşlar məsuliyyəti dərk etməlidir:

“Su ödənişsiz deyil. Normal su təchizatı istəyən vətəndaşlar vaxtı-vaxtında ödəniş etməlidir, qanunsuz istifadəyə yol verməməlidir. Bir də görürsən, vətəndaş deyir ki, mənim evimi su ilə təmin elə. Amma baxıb görürəm ki, ödəniş etmir. Ümumiyyətlə, hamımız belə nüanslara diqqət etsək daha yaxşı olar”.

Şahanə Paşa

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv