!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Normallaşan Türkiyə-Ermənistan MÜNASİBƏTLƏRİ - İrəvanla Bakının yaxınlaşması necə baş verəcək?

!Reklam – Yazi

“Variantlardan ən idealı Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan və üçtərəfli formatda əməkdaşlıq sazişi olar”.

Bunu Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və bunun fonunda bölgədəki vəziyyətin hansı yöndə dəyişməsini şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin düzəlməsi və sazişin imzalanması Rusiyanın diqtəsi olmadan Ermənistanla Azərbaycanın da münasibətlərini aydınlaşdırmağa gətirib çıxarar:

“Türkiyə türk dünyasını öz ətrafında toplayan bir mərkəzə çevrilib. İslam dünyasını səfərbər edə biləcək dövlətlərdən biri də Türkiyədir. İndiki zamanda Türkiyənin strateji maraqlarını Qafqzda, Orta Asiyada, Xəzər hövzəsində həyata keçirməyə əngəl olan problemərdən biri də erməni problemidir.

Rusiyanın vassalı olan Ermənistan bir sıra mütərəqqi ideyaların həyata keçməsinə mane olur. Xüsusilə hərbi qarşıdurmalardan iqtisadi platformalara keçid üçün əngəllərdən biridir. Rusiyanın təxribatçı maşını qismində missiyanı yerinə yetirən bir mexanizmdir. Ona görə də, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi gündəmə gələndə Azərbaycanda bir kəsim ciddi haray-həşir qopardı. Hətta o vaxt Türkiyənin bölgəyə girişini doğru hesab edirdim. Türkiyə ilə Ermənistanın masa arxasında oturması tarixən körüklənən mənfi tendensiyaların gündəmdən çıxması ilə nəticələnə bilər və bu yöndə ehtimal daha çoxdur. Ermənistanda bunu dərk edən insanlar çoxalır. Erməni xalqı da əziyyət çəkir. Yemək istəyir, gəzmək istəyir, rahat dolanmaq istəyir. Ancaq Erməni xəstəliyi Rusiyanın himayəsi ilə xəstələnən erməni cəmiyyətinin, xüsusilə siyasi elitasının erməni xalqına problem olması dəqiqdir. Gələcəkdə Azərbaycan da bu platformaya qoşula bilər.

Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması Rusiyanın diqtəsi, Fransanın mənfi fikirləri olmadan mümkün ola bilər. İki tərəfli sazişin bağlanması regional təhlükəsizliklə əlaqədar ola bilər ki, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan arasında ortaq maraqlar ifadə edən tezislər də daxil olmaqla sülh sazişi bağlansın. Variantlardan ən idealı Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan və üçtərəfli formatda əməkdaşlıq sazişi olar. Bu sazişlə Ermənistan cəmiyyəti erməni xəstəliyindən sağalar, erməni dövləti iqtisadi baxımdan inkişaf edər. Bununla da Ermənistanın nə Türkiyəyə, nə də Azərbaycana ərazi iddiası ola bilməz.

Bəziləri deyir ki, Türkiyə niyə Ermənistanla münasibət qurur, onlar düşmənimizdir. Bunlar hamısı xəstə təxəyyüllü insanlardır. Biz onlardan cəmiyyəti də sağaltmalıyıq”.

Səxavət Məmməd

www.yenicag.az

1330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv