!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqləndi - CƏDVƏL

!Reklam – Yazi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsdiq edilib.

Yenicag.az Təqvim planını təqdim edir:

Azərbaycan Respublikası Mərkəzi

Seçki Komissiyasının 8 dekabr 2023-cü

il tarixli 7/16 saylı Qərarı ilə təsdiq edilmişdir.

NÖVBƏDƏNKƏNAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ SEÇKİLƏRİNİN HAZIRLANIB KEÇİRİLMƏSİ ÜZRƏ ƏSAS HƏRƏKƏT VƏ TƏDBİRLƏRİN

T Ə Q V İ M P L A N I

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2023-cü il tarixli 4193 nömrəli Sərəncamı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri elan edilmişdir.

Sıra

sayı

Əsas hərəkət və tədbirlər İcraçılar Keçirilmə müddətləri
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və digər hüquqi aktlara əsasən Tövsiyə olunan müddətlər
1 2 3 4 5
1 Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) qərarının qəbul edilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə gününə azı 60 gün qalmış

M a d d ə l ə r : 8.1, 179.2, 207

2023-cü il dekabrın 9-dək
2 Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunmasına dair Mərkəzi Seçki Komissiyası qərarının dərc edilməsi Mərkəzi Seçki Komissiyası Seçkilərin təyin edilməsi haqqın-da qərar qəbul edil­dikdən sonra ən geci 2 gün müddətində

M a d d ə 178.3

2023-cü il dekabrın 10-dək
3 Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsi Aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəb­büs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları Seçkilərin təyin edilməsi haqqın-da qərar rəsmi dərc olunduqdan sonra

M a d d ə l ə r : 3, 53, 54, 180

4 Namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərarın qəbul edilməsi Mərkəzi Seçki Komissiyası Sənədlərin Komissiyaya təqdim edilməsindən sonra 5 gün müd­dətində

M a d d ə l ə r : 53.6, 54.9

5 Azərbaycan Respublikası Prezidentliyinə namizədə və ya onun səlahiyyətli nüma­yəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndə­lərinə imza vərəqələrinin verilməsi Mərkəzi Seçki Komissiyası Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədliyin irəli sürülməsini təsdiq edən qəra­rın-dan sonra

M a d d ə l ə r : 53.6, 54.9

6 Azərbaycan Respublikası Prezidentliyinə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququna malik vətəndaşı, prezidentliyə namizəd, siyasi partiya, siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədliyin irəli sürülməsini təsdiq edən qəra­rından sonra

M a d d ə l ə r : 56, 57, 181

7 Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təş­kilatının təşəbbüsü əsasında);

Beynəlxalq (xarici) müşahi­dəçilər (qanunla müəyyən­ləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasın­da qeydiyyatdan keçməklə)

Seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçiril­məsi gününə 10 gün qalanadək

M a d d ə l ə r : 1.1.19, 1.1.20, 40.4, 40.5, 40.6, 44

2024-cü il yanvarın 28-dək
8 Seçki dairəsinin ərazisində müşahidə aparılma­sına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış nami­zədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təş­kilatının təşəbbüsü əsasında) Seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilmə­sinə 5 gün qalanadək

M a d d ə l ə r : 1.1.19, 40.4, 40.5, 40.7

2024-cü il fevralın 2-dək
9 Səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiya­sına müraciət edilməsi Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış nami­zədin, siyasi partiyanın, si­yasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təş­kilatının təşəbbüsü əsasında); Beynəlxalq (xarici) müşahi­dəçilər (qanunla müəyyən­ləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mər­kəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) Seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilmə­sinə 10 gün qalanadək

M a d d ə l ə r : 1.1.19, 40.4, 40.5, 40.13, 44

2024-cü il yanvarın 28-dək
10 Müşahidəçilərin qeydə alınması və onlara Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəciklərin verilməsi Mərkəzi Seçki Komissiyası

dairə seçki komissiyaları

Müşahidə aparılması barədə qərar ərizə­nin verildiyi tarixdən Mərkəzi Seçki Komissiyası tərə-findən 3 gün müddətində qəbul edilir.

Dairə seçki komissiyası tərəfin-dən isə 2 gün müddə­tində qəbul edilir.

M a d d ə l ə r : 25.2.20, 40.6, 40.7, 44

11 Seçki rəsmiləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi Mərkəzi Seçki Komissiyası,

dairə seçki komissiyaları

Azərbaycan Respublikası Pre­zidentinin 27 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublika-sında insan hüquq və azadlıq-larının müdafiəsinin səmərə­liliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 3.10-cu bəndi Mütəmadi
12 Dairə və məntəqə seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlərin təşkili və peşə hazırlığının artırılması ilə bağlı digər proqramların həyata keçirilməsinin təmin edilməsi Mərkəzi Seçki Komissi­yasının treninq qrupları M a d d ə 25.2.7 Mütəmadi
13 Dövlət avtomatlaşdırılmış informasiya sisteminin işini dairə seçki komissiyalarında təmin edən kompüter mütəxəssisləri üçün treninqlərin keçirilməsi Mərkəzi Seçki Komissi­yası Katibliyinin İnformasiya Mərkəzi M a d d ə 25.2.10 Mütəmadi
14 Televiziya və radio proqramları və digər yayım qurumları vasitəsilə seçki qanunvericiliyinin izahının, seçicilərin hüquqi biliklərinin artırılmasının təmin olunması (çıxışlar, müsahibələr, dəyirmi masalar), əyani vəsaitlərin (videokliplər, plakatlar, bukletlər və s.) hazırlanması və nümayiş etdirilməsi Mərkəzi Seçki Komissiyası M a d d ə l ə r : 25.2.7, 25.2.10 Mütəmadi
15 Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının diplomatik nümayəndəliklə-rində və ya konsul idarələrində qeydə alınmış seçicilərin seçki dairələri üzrə seçici siyahılarına daxil edilməsi (seçicilərin sayı haqqında məlumatlar əsasında) və dəqiqləşdirilməsi, habelə həmin seçki dairələrinin siyahılarının təsdiq edilməsi Mərkəzi Seçki Komissiyası

(Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təq­dimatı əsa-sında)

Səsvermə gününə ən azı 25 gün qalanadək

M a d d ə l ə r : 29.2, 46.8

2024-cü il yanvarın 13-dək
16 Namizədin seçki fondunun formalaşdırılması üçün xüsusi seçki hesabının açılması Prezidentliyə namizəd və ya onun səlahiyyətli nüma­yəndəsi, siyasi partiya, siyasi partiyaların bloku Namizədlərin qeydə alınması üçün müvafiq seçki sənədləri­nin Mərkəzi Seçki Komissiya­sına təqdim edilməsi gününə azı

5 gün, qeydiyyat üçün zəruri olan seçici imza­larının yığılmasına azı 24 saat qalmış

M a d d ə l ə r : 91.1, 91.2, 190.1

17 Nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi Prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nüma­yəndəsi Səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək

M a d d ə 58.1

2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-dək
18 Birinci ilkin maliyyə hesabatı Namizəd və ya onun səla­hiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blo­kunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayən­dəsi Qeydiyyat üçün zəruri olan sənədlərlə birlikdə hesabatda göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir

M a d d ə 94.3.1

19 İmza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyü­nün yoxlanılması və namizədin qeydə alınıb- alınmaması haqqında qərarın qəbul edilməsi Mərkəzi Seçki Komissiyası Sənədlər qəbul edildikdən sonra 7 gün müddətində

M a d d ə l ə r : 59, 60, 182.1

20 Prezidentliyə namizəd, siyasi partiya, siyasi partiyаlаrın bloku tərəfindən təyin olunmuş vəkil edilmiş şəxslərin qeydə alınması və onlara lövhəciklərin verilməsi Mərkəzi Seçki Komissiyası Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın, siyasi partiyаlаr blokunun təqdi-matının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlaya­raq 3 gün müddətində

M a d d ə l ə r : 72.1, 72.2, 186.1

21 Seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmələrin aparılması Məntəqə seçki komissiyaları Səsvermə gününə azı 35 gün qalanadək

M a d d ə 48.1

2024-cü il yanvarın 3-dək
22 Seçici siyahılarının Mərkəzi Seçki Komissiya­sının internet saytında yerləşdirilməsi Mərkəzi Seçki Komissiyası Mərkəzi Seçki Komissiyası tərə-findən müəyyənləşdirilən qayda-da təsdiq edildikdən sonra

M a d d ə 46.1

Mütəmadi
23 Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasınа və sayınа dair tələblərin təsdiq edilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə gününə azı 45 gün qalanadək

M a d d ə 101.1

2023-cü il dekabrın 24-dək
24 Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komis­siyalarına, dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi Mərkəzi Seçki Komissiyası

dairə seçki komissiyaları

Səsvermə vəsiqəsi səsvermə gününə azı 45 gün qalanadək Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilir;

səsvermə gününə azı 25 gün qalanadək dairə seçki komissiya­larından məntəqə seçki komissiyalarına verilir.

M a d d ə l ə r : 101.1, 101.2

2023-cü il dekabrın 24-dək

2024-cü il yanvarın 13-dək

25 Qeydə alınmış namizədlərin siyahısının dərc edilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə gününə azı 20 gün qalanadək

M a d d ə 182.3

2024-cü il yanvarın 18-dək
26 Seçkiqabağı təşviqatın aparılması Qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndə-ləri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi par­tiyaların blokları, onların səlahiyyətli nümayəndə­ləri və vəkil edilmiş şəxsləri Səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlan­masına 24 saat qalmış dayandırılır.

M a d d ə l ə r : 75, 189

2024-cü il yanvarın 15-i başlayır, fevralın 6-sı saat 8.00-da dayandırılır
27 Bilavasitə seçkilərdən əvvəl seçki məntəqələrinin yaradılması:

a) yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə;

b) həmin yerlərdə müstəsna hallarda

Dairə seçki komissiyaları

(seçicilərin olduqları ərazilərdə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azər­bay­can Respublikasının Ədliyyə Nazirliyi) və bələdiyyə qurum­larının başçıları ilə birlikdə)

dairə seçki komissiya­sının qərarına uyğun olaraq müvafiq qurumların rəhbərləri

Səsvermə gününə azı 50 gün qalanadək

M a d d ə l ə r : 35.2, 35.4, 35.5

səsvermə gününə azı 5 gün qalanadək

M a d d ə 35.5

2023-cü il dekabrın 19-dək

2024-cü il fevralın 2-dək

28 Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında (seçicilərin sayı 50-dən artıq olduqda), seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında) seçki məntəqələrinin Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yaradılması;

həmin yerlərdə Mərkəzi Seçki Komissiya­sının müəyyənləşdirdiyi müstəsna hallarda seçki məntəqələrinin yaradılması

Dairə seçki komissiyaları

(müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumları ilə razılaşdırmaqla)

Səsvermə gününə ən azı 50 gün qalanadək

M a d d ə l ə r : 35.2, 35.4

səsvermə gününə azı 5 gün qalanadək

M a d d ə 35.4

2023-cü il dekabrın 19-dək

2024-cü il fevralın 2-dək

29 Nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqə seçki komissiyaları, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsi Dairə seçki komissiyaları Səsvermə gününə azı 45 gün qalanadək

M a d d ə 35.7

2023-cü il dekabrın 24-dək
30 Seçki Məcəlləsinin 35.4-cü və 35.5-ci maddə­lərində göstərilmiş müstəsna hallarda yaradılan seçki məntəqələri haqqında məlumatların dərc edilməsi Mərkəzi Seçki Komissiyası­nın müəyyən etdiyi qaydada Seçki məntəqələrinin yaradılması günündən ən geci 2 gün keçənədək

M a d d ə 35.7

31 Azərbaycan Respublikasının hüdudlarından kənarda yаradılan seçki məntəqələri üzrə Seçki Məcəlləsinin 35.7-ci və 109-cu maddələrində göstərilən məlumatların dərc edilməsi Azərbaycan Respublikasının müvafiq diplomatik nüma­yəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri Seçki məntəqələri yaradıl­dıqdan, eləcə də səsvermə keçirildikdən sonra

M a d d ə 35.8

32 Seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə gününə ən geci

45 gün qalanadək

M a d d ə l ə r : 100.1 – 100.6

2023-cü il dekabrın 24-dək
33 Seçicilərə müvafiq dairə seçki komissiyası və ya məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi Dairə seçki komissiyaları

məntəqə seçki komissiyaları

Səsvermə gününə 45-25 gün qalanadək

səsvermə gününə 24-3 gün qalanadək

M a d d ə l ə r : 101.2 – 101.4

2023-cü il dekabrın 24-dən

2024-cü il yanvarın 13-dək

2024-cü il yanvarın 14-dən

fevralın 4-dək

34 Hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi:

a) yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi;

b) hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi

Dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları

məntəqə seçki komissiyaları

(hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəh­bərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında)

Səsvermə gününə azı 25 gün qalanadək

Səsvermə gününə azı 25 gün qalanadək, müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra;

M a d d ə l ə r : 46.1, 46.5

Səsvermə gününə azı 20 gün qalanadək

M a d d ə 46.6

2024-cü il yanvarın 13-dək

2024-cü il yanvarın 13-dək

2024-cü il yanvarın 18-dək

35 “Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə gününə ən azı 20 gün qalanadək

M a d d ə 25.2.23

“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qay­da­ları”nın 2.1-ci bəndi

2024-cü il yanvarın 18-dək
36 “Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə gününə ən azı 10 gün qalanadək

M a d d ə 25.2.23

“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qay­da­ları”nın 2.3-cü bəndi

2024-cü il yanvarın 28-dək
37 Səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması Seçicilərin olduqları ərazi­lərdə Azərbaycan Respubli­kasının diplomatik nüma­yəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri Səsvermə gününə azı 30 gün qalanadək

M a d d ə 35.6

2024-cü il yanvarın 8-dək
38 Seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə gününə azı 35 gün qalanadək

M a d d ə l ə r : 99.1 – 99.4, 199

2024-cü il yanvarın 3-dək
39 Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdiril­məsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi Dairə seçki komissiyasının təklifi ilə yerli icra haki­miyyəti orqanı və bələdiyyə qurumları Səsvermə gününə azı 30 gün qalanadək

M a d d ə 87.6

2024-cü il yanvarın 8-dək
40 Seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlərin ayrılması Dairə seçki komissiyasının təklifi ilə yerli icra haki­miyyəti orqanı və bələdiyyə qurumları Səsvermə gününə 23 gün qalanadək

M a d d ə l ə r : 11, 86.3

2024-cü il yanvarın 15-dək
41 Səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə gününə azı 20 gün qalanadək

M a d d ə 100.8

2024-cü il yanvarın 18-dək
42 Səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi Dairə seçki komissiyaları Səsvermə gününə azı 4 gün qalanadək

M a d d ə 100.8

2024-cü il fevralın 3-dək
43 Seçkilər günü səsvermənin yeri və vaxtı barədə media və ya məlumat lövhələri vasitəsilə seçici­lərin xəbərdar edilməsi Məntəqə seçki komissiyaları Səsvermə gününə azı 25 gün qalanadək

M a d d ə 104.1

2024-cü il yanvarın 13-dək
44 İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri Səsvermə gününə ən tezi 20, ən geci 10 gün qalanadək

M a d d ə 94.3.2

2024-cü il yanvarın 18-dən 28-dək
45 Seçki bülletenlərinin hazırlanması Mərkəzi Seçki Komissiyası Səsvermə gününə ən azı 10 gün qalanadək

M a d d ə 99.4

2024-cü il yanvarın 28-dək
46 Səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylan­ması Məntəqə seçki komissiyaları Səsvermə gününə 7 gün qalanadək

“Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referen­dumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçici­lərə paylanması (çatdırılması) Qaydaları”nın 3.1-ci bəndi

2024-cü il yanvarın 31-dək
47 Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiya­sından dairə seçki komissiyalarına verilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə gününə azı 5 gün qalanadək

M a d d ə 99.6

2024-cü il fevralın 2-dək
48 Seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi Dairə seçki komissiyaları Səsvermə gününə azı 3 gün qalanadək

M a d d ə 99.6

2024-cü il fevralın 4-dək
49 Səsvermənin keçirilməsi:

a) həmin gün seçki məntəqəsində səsverməyə hazırlıq işlərinin başlanması;

b) seçki məntəqələrinin açıq elan edilməsi və seçki qutularının kilidlənməsi;

c) səsvermənin başlanmasının elan edilməsi;

ç) səs vermək üçün seçicilərin seçki məntəqəsinə daxil olmasının başa çatmasının elan edilməsi

Məntəqə seçki komissiyaları

a) məntəqə seçki komissiyaları

b), c), ç) məntəqə seçki komissiyalar­ı­nın sədrləri

M a d d ə l ə r : 104, 105, 200 2024-cü il fevralın 7-si

bir qayda olaraq

a) saat 7.30

b) saat 7.50

c) saat 8.00

ç) saat 19.00

50 Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatların verilməsi (gün ərzində 5 dəfə) Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi M a d d ə l ə r : 110.5, 110.6 Seçki günü:

saat 10.00;

saat 12.00;

saat 15.00;

saat 17.00;

saat 19.00.

51 Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının və dairə seçki komissiyasının yekun protokol­la­rındakı məlumatların Mərkəzi Seçki Komis­siyasının internet saytında ilkin məlumat kimi yerləşdirilməsi Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi M a d d ə l ə r : 110.5, 110.6 Seçkilər günü və ondan sonra
52 Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun 1-ci nüsxəsinin ona əlavə edilən sənədlərlə birlikdə dairə seçki komissiyasına göndərilməsi Məntəqə seçki komissiyası Seçicilərin səslərinin hesablan­masına yekun vurulandan sonra dərhal, lakin 24 saatdan gec olmayaraq

M a d d ə l ə r : 106.5, 106.7

53 Məntəqə seçki komissiyasının yekun protokolu­nun 3-cü nüsxəsinin məlumat lövhəsində asılaraq nümayiş etdirilməsi Məntəqə seçki komissiyası Protokol tərtib edildikdən sonra (5 gün saxlanılmaqla)

M a d d ə 106.11

54 Seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması Dairə seçki komissiyası Səsvermə günündən ən geci 2 gün keçənədək

M a d d ə l ə r : 107.1 – 107.4, 202.1

2024-cü il fevralın 9-dan gec olmayaraq
55 Dairə seçki komissiyası protokolunun 3-cü nüsxəsinin və müvafiq məntəqə seçki komissiyaları protokollarının surətlərinin məlumat lövhəsində asılaraq nümayiş etdirilməsi Dairə seçki komissiyası Protokol tərtib edildikdən sonra (10 gün saxlanılmaqla)

M a d d ə 107.7

56 Seçkilərin ilkin nəticələrinin Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairələri üzrə ümumiləşdirilmiş cədvəl şəklində dərc edilməsi və həmin məlumatların Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməsi Mərkəzi Seçki Komissiyası Seçkilərin ilkin nəticələri dairə seçki komissiyaları üzrə səsver­mənin nəticələrinə dair protokol Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra

M a d d ə 109.1

57 Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə məntəqə seçki komissiyasının maliyyə hesabatının dairə seçki komissiyasına təqdim edilməsi Məntəqə seçki komissiyaları Səsvermə günündən sonra 5 gün müddətində

M a d d ə 96.6

2024-cü il fevralın 13-dək
58 Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyasının maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi Dairə seçki komissiyaları Səsvermə günündən sonra 10 gün müddətində

M a d d ə 96.7

2024-cü il fevralın 18-dək
59 Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə günündən başlayaraq 10 gün müddətində

M a d d ə 203

2024-cü il fevralın 17-dək
60 Yekun maliyyə hesabatının təqdim edilməsi (seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənəd­ləri də qoşulmaqla) Namizəd və ya onun səla­hiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayən­dələri Seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra

M a d d ə 94.3.3

61 Dairə seçki komissiyalarının protokollarında olan məlumatların tam şəkildə dərc edilməsi (həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilə bilər) Mərkəzi Seçki Komissiyası Səsvermə günündən sonra 45 gün müddətində

M a d d ə l ə r : 109.2, 208

2024-cü il martın 24-dək
62 Büdcə vəsaitlərinin istifadəsi, namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları vəsaitinin və siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaitinin xərclənməsi barədə məlumatların Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə və media nümayəndələrinə təqdim edilməsi

göstərilən maliyyə hesabatının və məlumatların Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanında dərc edilməsi

Mərkəzi Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyası

Seçkilərin ümumi nəticələrinin rəsmi dərci günündən sonra 3 ay müddətində

M a d d ə 96.9.

Hesabatın və məlumatların Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Res­publikasının Milli Məclisinə təqdim edildiyi gündən başlayaraq 1 ay müddətində

M a d d ə 96.9

63 Məntəqə və dairə seçki komissiyalarının protokollarında olan məlumatların Mərkəzi Seçki Komissiyasının rəsmi nəşrində tam şəkildə dərc edilməsi Mərkəzi Seçki Komissiyası Seçki günündən sonra 6 ay müddətində

M a d d ə 109.5

2024-cü il avqustun 8-dək

 

www.yenicag.az

286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv