!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbədənkənar prezident seçkilərində RƏQABƏT MÜHİTİ: “Ortaya siyasi iradə qoyacaq yeganə lider...”

!Reklam – Yazi

“Əvvəlki dövrlərlə müqayisədə indiki seçki mühitinin daha əlverişli olduğu vurğulanmalıdır”.

Bu fikirləri prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində rəqabət mühiti və prosesin mümkün gedişatını dəyərləndirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, keçiriləcək seçkilərdə İlham Əliyevlə rəqabət aparacaq siyasətçi yoxdur:

“Qeyd edim ki, bir sıra ekspertlər seçkilərin vaxtından əvvəl keçiriləcəyi ilə bağlı proqnozlar verirdilər. Ancaq çoxumuz parlament seçkilərinin önə çəkiləcəyini gözləsək, bu ehtimalımızda yanıldıq.

Növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qanunvericiliyə uyğundur və burada mübahisələndiriləcək heç bir məqam yoxdur. Eyni zamanda, əvvəlki dövrlərlə müqayisədə indiki seçki mühitinin daha əlverişli olduğu vurğulanmalıdır.

Azərbaycanın beynəlxalq miqyasda nüfuzu daha da artıb və dünyada qələbə qazanan, ərazi bütövlüyünü tam bərpa edən ölkə kimi tanınır. Bir sözlə, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Azərbaycanda seçkilərin keçirilməsi üçün uyğun vəziyyət formalaşıb.

Bu seçkilərdə rəqabət mühitinin necə olacağı barədə danışsaq, prezident İlham Əliyevin nüfuzunun yalnız ölkə daxilində deyil, xaricdə də kifayət qədər yüksək olduğunu nəzərə almaq lazımdır. Dövlət başçısı nüfuz məsələsində yalnız dünyanın qabaqcıl ölkələrinin liderləri ilə müqayisə oluna bilər.

Qalib ölkənin prezidenti, qalib ordunun komandanı olaraq İlham Əliyevə rəqib yoxdur. Regional məsələlərin həll olunmasında, Zəngəzur dəhlizinin açılmasında və digər həllini gözləyən məsələlərin çözümündə ortaya siyasi iradə qoyacaq yeganə lider İlham Əliyevdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1975
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv