!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbədənkənar prezident seçkilərinə SIRALI BAXIŞ: Qərarın geopolitik səbəbləri - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Hər kəsə məlum olduğu kimi, Azərbaycanda gələn ilin 7 fevralına növbədənkənar prezident seçkiləri təyin edilib. Açığı, bu seçkinin keçirilməsi gözlənilməz idi. Bu günə qədər referendum, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi müzakirə mövzusu olmuşdu, ancaq prezident seçkisi barədə məlumat yox idi.

Azərbaycan əhalisinin sayının 10 milyonu keçməsi Milli Məclisdəki 125 nəfərlik deputat yerinin artırılmasını tələb edir. Bilirik ki, Azərbaycanda bütün deputatlar mojaritar qaydada seçilir. Bunun effektiv olmadığı, proporsional və yaxud qarışıq sistemə keçid üçün referendum keçiriləcəyi qeyd olunurdu. Azərbaycan parlamentində boş yerlər var və bundan əlavə, dövlətin apardığı siyasətə Milli Məclisin adekvat olmaması da əsas gətirilirdi. Buna görə də növbədənkənar parlament seçkilərinin olma ehtimalı ildə bir neçə dəfə gündəmə gəlirdi, yaxud gətirilirdi.

Məsələ ondadır ki, növbədənkənar prezident seçkiləri nə müzakirə mövzusu olub, nə də bu yöndə hansısa məlumat gəzib. Yəni bu qərar gözlənilməz oldu, təəccüb doğurdu.

Əsas suallardan biri budur ki, növbədənkənar prezident seçkiləri daxili, yoxsa xarici amillərlə əlaqədardır?

Daxili məsələlərə nəzər salsaq, bu, inandırıcı gəlmir. Çünki Azərbaycan siyasi sistemi – iqtidarlı, müxalifətli tamamilə Qarabağ üzərində formalaşıb. Prezident İlham Əliyev və onun bütün rəqibləri istər seçki vaxtı, istərsə də digər zamanlar məhz xalqı ətraflarında Qarabağ faktoru ilə birləşdirirdi. Tərəflər bir-birini Qarabağa görə ittiham edirdi. Azərbaycan siyasətində uzun illər Qarabağ ən aktual mövzu idi. Dolayısı ilə Azərbaycan xalqı da siyasətə Qarabağ pəncərəsindən baxırdı. Yəni Qarabağ probleminin hərbi yönü tamamilə həll olunduğu üçün və onu həll edən şəxsin də bir il gec, bir il tez seçiləcəyi problem olmazdı. Yəni hazırkı reytinqdən istifadə edib seçkiyə getmək qətiyyən inandırıcı gəlmir.

Daxili faktorla bağlı yalnız inandırıcı bir amil ola bilər. Bir müddətdir ki, Qarabağ problemindən sonra daxildə bütün sferalar üzrə çox ciddi islahatların aparılacağı informasiyası dolaşırdı. Bir çox oliqarxların vəzifədən uzaqlaşdırılması, daxildə aparılacaq təmizlik müqavimətsiz ötüşə bilməz. Bu sahələr arasında media və QHT-nin də olacağını nəzərə alsaq, xeyli vaxt və enerji sərf olunmalıdır. Bu işin uzun zaman alacağını düşündükdə, işi qarantiyə aldıqdan sonra prosesə başlamaq məntiqli gələ bilər. Ancaq Azərbaycanda hüquq mühafizə orqanlarının gücünü və iş prinsipini nəzərə alsaq, bu məntiqin də zəif olduğunu deməliyik.

Qalır, xarici faktorlar.

Son bir ildir tez-tez bu ifadələrlə rastlaşırıq: “Üçüncü Dünya müharibəsi”, “Yeni dünya düzəni”, “Siyasi xəritələrin yenidən çəkilməsi”. Qlobal və regional məsələlərdə aktivliyi ilə seçilən ölkələrin liderlərinə baxdıqda, demək olar ki, eyni simaları görürük. Netanyahu, Ərdoğan, Putin, Xomeneyi, Əliyev. Yalnız İngiltərə kral ailəsində məcburi dəyişiklik baş verdi. Dolayısı ilə sanki yazılmış bir plan var və bu planı həyata keçirəcək konkret şəxslər.

2024-cü ildə dünya ağalığı uğrunda mübarizə aparan ABŞ və Rusiyada prezident seçkiləri baş tutacaq. Hazırkı Rusiya-Azərbaycan münasibətlərini nəzərə alsaq, Rusiyadakı prezident seçkilərindən əvvəl Azərbaycanda seçkinin baş tutması normal haldır. Münasibətlərin yaxşı vaxtı işi bitirmək məntiqlidir. ABŞ Dövlət Departamentinin nümayəndəsi də Bakıda səfərdə oldu. ABŞ ilə münasibətlər soyuq olsa da, Vaşinqton da seçki ab-havasına bürüncək. Nəzərə almaq lazımdır ki, 44 günlük müharibə də məhz ABŞ-dəki seçkilər ərəfəsində başlamışdı.

Bir çoxları iddia edir ki, məhz ABŞ rəsmisinin gəlişindən sonra qərar verildi. Ancaq həmin adamlar unudurlar ki, Putinin seçki ilə bağlı qərarından bir saat keçməmiş Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edildi. Maraqlı bir məsələ isə uzun zamandır ölkədən çıxmayan, hətta çox önəmli toplantılara onlayn qoşulan Putin Birləşmiş Ərəb Əmirliklərinə səfərdən qayıdandan sonra bu addımı atdı.

Baş verənlərə geniş pəncərədən baxanda dünyanın sanki yenidən bölüşdürülməsi, siyasi xəritələrin dəyişdirilməsi yönündə bir anlaşma var. Putinin son bəyanatı da buna misal ola bilər. Rusiya Prezidenti bildirir ki, müstəqil siyasət yürüdə bilməyən ölkələr olmayacaq.

Əgər dünyadakı hazırkı münaqişə ocaqları genişlənəcəksə – düşünürəm ki, genişlənəcək – böyük müharibələrin olması qaçınılmaz olacaq. İranın hədəf taxtasında olması barəsində isə çoxlu sayda iddialar var. Hazırda dünya ölkələri tərəflərini seçmə yönündə addımlar atır. Var olmaq uğrunda isə çarpışmalı olacaqlar. 

www.yenicag.az

2725
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv