!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbədənkənar prezident seçkilərini şərtləndirən AMİLLƏR: "Bu qərar geopilitik faktorlarla..."

!Reklam – Yazi

“Daxili faktorlar Azərbaycanda prezidentin əleyhinə deyil”.

Bunu Azərbaycanda təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən amillər barədə danışan politoloq Nəsimi Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Nəsimi Məmmədli bildirib ki, növbədənkənar prezident seçkiləri xarici amillərlə bağlıdır:

“Şəxsi qənaətim bundan ibarətdir ki, bu qərar geopilitik, xarici faktorlarla bağlıdır. Daxili faktorlar Azərbaycanda prezidentin əleyhinə deyil. Bundan əlavə, seçkilərin keçirilməsində daxili siyasi amillər də yoxdur. Ənənəvi olaraq bilirik ki, seçkilər rahat keçirilə bilir. Həm müxalifət qüvvələrində, həm də vətəndaş cəmiyyətində başqa bir faktor yoxdur ki, deyək, əngəl törədir.

Xarici amillər var. Rusiya-Ukrayna müharibəsi var. Orta Şərqdə baş verən hadisələrin İranın gələcəyində hansı formada təzahür edəcəyi məsələsi var və sair. Ona görə də bunun xarici amillərlə əlaqədar olduğunu düşünürəm”.

Səxavət Məmməd

www.yenicag.az

320
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv