!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbədənkənar seçkilərdə MÜMKÜN NAMİZƏDLƏR: “Onlar üçün ən əsas problem…”

!Reklam – Yazi

“Namizədliyini elan edənlər üçün ən çətin problem vərəqələri aldıqdan sonra 40 min seçici imzasını toplamaqdır”.

Bu fikirləri gələn il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində namizədlərin sırası və prosesin mümkün gedişatını dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.Qabil Hüseynli bildirib ki, namizədliyini elan edənlərin qarşsında duran ilkin çətinlik 40 min seçici imzası yığmaqdır:

“Konstitusiyanın müddəalarına uyğun olaraq, hüquqi məhdudiyyəti olmayan hər bir vətəndaş prezidentliyə namizədliyini irəli sürə bilər.

Hələ ki namizədliyini açəqlayanların çoxu partiya sədrləridir, təşkilat daxilində müzakirə edib, seçkiyə qatılıblar. Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

Namizədliyini elan edənlər üçün ən çətin problem vərəqələri aldıqdan sonra 40 min seçici imzasını toplamaqdır. Bunu bacarıb-bacarmayacaqlarını zaman göstərəcək.

Əslində, İlham Əliyev sözün əsl mənasında bu seçkilərin favoritidir. Müharibədə qazanılan qələbə və ərazi bütövlüyümüzün təmin edilməsi onun reytinqini ən yüksək səviyyədə saxlayır. Bu nöqteyi-nəzərdən, İlham Əliyevə alternativ görmürəm”.

Səxavət Məmməd

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv