!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbədənkənar seçkilərin İLKİN MƏRHƏLƏSİ: “Vətəndaşlarımız ilk dəfə Xankəndidə, Xocalıda...”

!Reklam – Yazi

“Bizim dövlətçilik tariximizin çox mühüm bir səhifəsini həm də bu seçkilər təşkil edəcək”.

Bu fikirləri fevralın 7-si keçiriləcək növbədənkənar prezident seçkilərinin başa çatan ilkin mərhələsini dəyərləndirən Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, Azərbaycanda seçkilər hər zaman azad və demokratik şəraitdə keçirilib:

“Lakin 7 fevral seçkiləri ilə əvvəlki seçkilər arasında fərq böyükdür. Çünki ilk dəfə olaraq, vətəndaşlarımız artıq Xankəndidə, Xocalıda və ümumilikdə işğaldan azad olunan ərazilərdə səs verəcəklər.

Bu amil nəzərə alındıqda, qarşıdan gələn seçkilərin tarixi əhəmiyyətli olduğu bir daha qabarıq görünür. Bizim dövlətçilik tariximizin çox mühüm bir səhifəsini həm də bu seçkilər təşkil edəcək. Əlavə olaraq, bu seçki beynəlxalq aləm üçün də nümunəvi hadisəyə çevriləcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv