!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbədənkənar seçkilərin səbəbləri: "Bakı Qərbi üstələyir” – “Kommersant”

!Reklam – Yazi

7 fevral Azərbaycanda, bütün respublikada, o cümlədən Qarabağda ilk dəfə keçiriləcək növbədənkənar prezident seçkiləri keçiriləcək.

Yenicag.az xəbər verir ki, Rusiyanın “Kommersant” qəzeti Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinin pərdəarxası səbəbləri və onların nəticələri haqqında Cənubi Qafqaz üzrə rusiyalı mütəxəssis Sergey Strokanın analitik materialını dərc edib.

Həmin materialdan əsas məqamları təqdim edirik:

Çərşənbə günü Azərbaycanda, bütün respublikada, o cümlədən Qarabağda ilk dəfə keçiriləcək növbədənkənar prezident seçkiləri keçiriləcək.
Populyarlığının zirvəsində olan İlham Əliyev beşinci dəfə seçkiyə gedir.

Bu arada Bakının Qərblə münasibətləri ən kəskin böhran mərhələsinə qədəm qoyub. Bu böhranın növbəti təzahürü Bakının Avropa Şurasından çıxması ola bilər.

Fevralın 7-də Azərbaycanda prezident seçkiləri öncəsi sükut günü tam siyasi sakitlik şəraitində keçib. Seçki qanunvericiliyinə əsasən, təşviqat aparmaq və seçkiqabağı hər hansı tədbir keçirmək qadağan edilib.
Çərşənbə axşamı günü bütün yeddi namizədin portretləri də xüsusi stendlərdən yığışdırıldı. Bundan sonra qarşıdan gələn səsvermənin yeganə xatırladıcısı seçiciləri seçki məntəqələrinə gələrək vətəndaşlıq borcunu yerinə yetirməyə çağıran plakatlar oldu.

Əvvəlcə səsvermə 2025-ci ilin aprelində keçirilməli idi. Lakin ötən ilin dekabrında İlham Əliyev növbədənkənar seçkilər haqqında sərəncam imzalayıb və onu Azərbaycan dövlətinin həyatında yeni dövrün başlanğıcı adlandırıb.
Bununla belə, builki seçkilər əvvəlki bütün səsvermələrdən bir neçə cəhətdən fərqlənəcək.
Birincisi, müstəqil Azərbaycan dövləti tarixində ilk dəfə olaraq bütün ölkədə, o cümlədən ötən ilin sentyabrında fəaliyyətini dayandırmış və üç onillikdən sonra tanınmamış “respublika”nın ərazisində – iqtisadi rayon kimi Azərbaycanın bir hissəsi olan Qarabağda prezident seçkiləri keçiriləcək.

İkincisi, seçkilər prezident və Yeni Azərbaycan Partiyasının başqanı, ölkəni hərbi qələbəyə aparan lider İlham Əliyevin populyarlığının zirvəsində keçiriləcək.
Daha altı namizədin hər birinin – öz namizədliyini irəli sürən Zahid Oruc və Fuad Əliyev, Milli Cəbhə Partiyasından Razi Nurullayev, “Böyük Quruluş” Partiyasından Fazil Mustafa, “Böyük Azərbaycan” Partiyasından Elşad Musayev, “Azərbaycan Xalq Cəbhəsi Partiyası”ndan Qüdrət Həsənquliyevin ictimai televiziya və radioda, eləcə də qəzet səhifələrində pulsuz yayımlar zamanı öz proqramını təqdim etmək imkanı olub.

İndi prezidentliyə yenidən namizədliyini verən İlham Əliyev hərbi uğurlardan əldə olunan dividentləri ölkənin və regionun sülh yolu ilə yenidən qurulmasına, o cümlədən Ermənistanla uzunmüddətli nizamlanmaya da çevirmək niyyətindədir.

Bu vəzifə çox çətin görünür: İrəvanla danışıqlar prosesi, regionda nizamlanma və nəqliyyat kommunikasiyalarının açılması şərtlərinin müzakirə olunduğu danışıqlar prosesi lazımi sürətlə getmir və onun gələcəyi qeyri-müəyyən olaraq qalır.

Yekun seçki kampaniyasında əsas intriqa seçki nəticələrinin beynəlxalq təşkilatlarda və Qərb tərəfdaşlarında necə şərh ediləcəyidir.

Builki seçkilər müşahidəçiləri Azərbaycanda keçiriləcək seçkilərə dəvət almamış Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətlərdə misli görünməmiş böhran fonunda keçirilir.
Bu, ötən ilin oktyabrında AŞPA-nın Cənubi Qafqazda nizamlanma ilə bağlı rəsmi Bakının Azərbaycan əleyhinə hesab etdiyi qətnamənin qəbulundan sonra baş verib.
Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə bağlı sonrakı qərar ehtirasları daha da alovlandırıb.

“Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa edilməlidir. Əgər Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmazsa, o zaman Azərbaycan tərəfi Avropa Şurasında və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxacaq”, – İlham Əliyev ötən həftənin sonunda xəbərdarlıq edib.

AŞPA-dan başqa, ABŞ və Aİ öz müşahidəçiləri üçün dəvət almayıblar.
Nəticə etibarı ilə, builki seçkilərdə müşahidəçilərdən ibarət Qərb nümayəndə heyəti qısamüddətli missiyanın 280, ATƏT-in uzunmüddətli missiyasının isə 26 üzvü ilə təmsil olunur.

MDB-ni təmsil edən 169 müşahidəçidən fərqli qiymətləndirmələr gözləməliyik.
Onların səsvermə ərəfəsində verdikləri bəyanatlarda heç bir tənqidi fikir yox idi.

“MDB-də qanunlarımızda biz milli adət-ənənələrimizi, tarixən formalaşmış adət və maraqlarımıza cavab verən normaları nəzərə alırıq.
Biz görürük ki, Azərbaycan Respublikasının qanunvericiliyi daha çox demokratikləşməyə, vətəndaşların maraqlarının nəzərə alınmasına doğru yönəlib.
Ən əsası odur ki, Azərbaycan qanunvericiliyi Azərbaycan vətəndaşlarının maraqlarına cavab verir”, – MDB-nin baş katibi Sergey Lebedev bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv