!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbədənkənar seçkilərdə daxili və xarici AMİLLƏR: “Əgər İlham Əliyev namizəd olmasaydı...”

!Reklam – Yazi

“Qlobal siyasətdə müşahidə olunan ziqzaqlar, gözləntilər, basqılar növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərarın verilməsinə səbəb oldu”.

Bu fikirləri Azərbaycanda gələn il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amilləri və prosesin mümkün gedişatını dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, İlham Əliyevin namizəd olacağı seçkidə iştirak etməyin mənası yoxdur:

“Partiyamızda aparılan müzakirələrdən sonra qəti qərara gəldik ki, biz bu seçkidə iştirak etməyəcəyik. Vaxt çatışmazlığı olduğu üçün bu prosesə tam hazır olmağımız mümkün deyil. Hətta vaxtdan asılı olmayaraq, əgər İlham Əliyev namizəd olmasaydı, iştirak etmək olardı.

İlham Əliyev milli lider kimi haqlı olaraq cəmiyyətdə öz yerini təsbit edib və Qarabağ zəfərindən sonra isə insanların ürəyində özünə möhkəm yer tutub. O səbəbdən, yarım qalmış işləri də davam etdirmək məhz onun haqqıdır.

Hesab edirəm ki, bu prosesdə ona mane olmaq yox, dəstək vermək lazımdır. Baxıram, bir çoxları seçki ilə bağlı qərarı çox primitiv şəkildə əsaslandırırlar, bu addımın daxili amillərə və bütün ərazilərimizin işğaldan azad olmasına görə atıldığını deyirlər. Bu, düzgün yanaşma deyil.

Fikrimcə, qlobal siyasətdə müşahidə olunan ziqzaqlar, gözləntilər, basqılar növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərarın verilməsinə səbəb oldu. Əlbəttə, bu, doğru qərardır.

Gələn il Rusiya və ABŞ-da seçki keçiriləcək. Qış fəslinə görə Rusiya-Ukrayna müharibəsində nisbi fasilə yaranıb. Ancaq ondan sonra dəyişikliklər baş verə bilər. Eyni zamanda, Ermənistanın Qərblə Rusiya arasında manevrləri davam etdirdiyi görünür. Qlobal güclər regionda, həmçinin bu bölgədə iddialı olan Azərbaycanda rəhbər və strategiya baxımından müəyyənlik olmasını istəyirlər.

Vurğulandığı kimi, İlham Əliyevin yarım qalmış işləri var. Qlobal güclərdə Azərbaycanla bağlı heç bir nigarançılıq qalmamalıdır. İlham Əliyev yenidən xalqdan dəstək alaraq legitim qaydada, milli iradənin ifadəçisi kimi çıxış etməlidir. Belə düşünürəm ki, növbədənkənar seçkilərin məhz bu ərəfədə keçirilməsi vacibdir. Müəyyən mərkəzlərdən üzərimizə ciddi təzyiqlər vardı, ölkə daxilində qarşdırma yaratmaq istəyirdilər. O qüvvələrə fürsət vermək olmaz.

Nəticə etibarilə, İlham Əliyev seçkilərdə çox böyük üstünlüklə qalib gələcək. Onunla rəqabət aparacaq siyasi lider yoxdur. Bu qələbə dövlət başçısının haqqıdır. Seçki kampaniyası söz demək üçündür. İlham Əliyev isə öz sözünü əməlləri ilə deyib. Ona görə də hesab edirəm ki, seçki kampaniyasının sonunda indiki prezidentimiz İlham Əliyev növbəti dəfə prezident seçiləcək. Biz də ona öz dəsətəyimizi verəcəyik”.

Səxavət Məmməd

www.yenicag.az

2082
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv