!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Növbənöv vətənə xəyanət modelləri” – “A-dan Z-yə Aqil Ələsgərlə” – II Sezon/III Buraxılış - VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda üçüncü buraxışı ilə görüşünüzə gəlib.

Vətən müharibəsi başlayandan bəri içimizdəki “ermənilər” və xaricdəki “bizdən olan” xainlərin Azərbaycan əleyhinə fəaliyyətinə Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus şəkildə şərh edir.

Videonu təqdim edirik:

 

Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.

Vətənin sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz!

***

Uşaq vaxtı bu şeiri deyərkən, son bəndi xüsusi əda ilə intonasiya edirdim.

Vətənin sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz!

Bəli, sülh zamanı insanların fərqli mövqelərdən çıxış etmələri demokratiyanın çiçəklənməsi filan sayılsa da, savaş, həm də vətən müharibəsi getdiyi bir vaxtda, 30 il sonra hər il geri alınacağı ümidi ilə yaşadığımız torpaqların ildırım sürətilə, həm də şəhid qanı bahasına alındığı zaman nəinki fərqli mövqe sərgiləmək, bitərəf qalmaq belə bişərəflikdir. Çünki vətən oğulları savaşarkən, bir hilal uğruna necə canlar özlərini fəda edərkən, bitərəflik təkrar edirəm bişərəflikdir, binamusluqdur.

***

Bir var yağı düşmən. Qarşındadır və səninlə döyüşür. Bir də var içimizdəki xainlər. Adını nə qoyursan qoy. Beşinci kalon, vətən xaini, agent… Fərq eləmir.

Ancaq xainlər də bir olmur, atam balası. Eləsi var ki, adını pasifist-passiv-filan qoyur. Xəyanətinə belə don geyindirir ki, guya bu kişi qırığı müharibəyə qarşı olduğu üçün bu xəyanəti edir. Məsələn, nə edir? Erməniyə məsləhət verir ki, digər yerlərdən qoşunları çəkib, Şuşada güclənin, nəticədə Azərbaycan ordusunun itkiləri çoxalsın və xalq İlham Əliyevə qarşı çıxsın, beləcə Azərbaycanın əks-hücumu uğursuzluqla nəticələnsin. Düşmənə belə məsləhətin izahatı nədir? Yəni, bu solçu küçüyün statuslarını “no var”çılıq belə adlandırmaq xainlikdir.

***

Ya da xainlərin içərisindəki o Makronun arvadının xalasıqızı olan harsın, erməninin mülki vətəndaşları hədəf seçməsinə güldən ağır söz demədən, Azərbaycanı ittiham etməyi sülh quşluğu sayır.

Bəziləri isə xalqa canıyanan kimi görünüb, əhalini təxribata çəkmək istəyirlər. Siyasi mövqeyini bölüşməsək də, bir çoxlarının, xüsusilə milli düşərgəndən çıxan, mübarizə keçmişi olan və Avropada yaşayanların bu günə qədərki müharibə ilə bağlı mövqeyi təqdir olunmalıdır. Çünki onlar da başa düşür ki, indiki məqamda bizim bir düşmənimiz var: Erməni. Daxili mübarizənin yeri və zamanı deyil. Müharibə bizim qələbəmizlə bitər, sonra hər kəs qaldığı yerdən davam edər. Ancaq kimin bic balası olduqları bilinməyənlər öz işlərindədir.

Bu səbəbdən də içimizdəki neandertallarla Avropada oturan şizofreniklərin xalqı panikaya salmaq cəhdləri ilə ermənilərin Gəncəni, Bərdəni vurmalarındakı məqsəd eynidir. Xalq isə heç vaxt olmadığı qədər təmkinlidir və bütün yaşananları soyuq başla analiz edir. Hər halda o videoların altında yazılan şərhlər bunu deməyə əsas verir.

***

Avropadakı və içimizdəki xainlərdən danışdıq. Bir azda Ermənistana silah tranzitindəki əsas ölkədə – İranda oturub, təfriqə salmaq istəyənlər barədə danışaq. O gün vətənə xəyanət maddəsi ilə ittiham olunduğu üçün qaçıb ağasının qucağında gizlənən Tohid İbrahimbəylinin səhifəsində gəzindim. Ümumi narahat olduqları məqam budur ki, Azərbaycan torpaqlarını işğaldan azad edir və xalqımız bu məsələdə Ərdoğan və Türkiyənin mənəvi dəstəyinin fərqindədir. Bu isə İranın xüsusilə şiə qardaşlarımızın üzərində illərdən bəri apardığı işin fiaskosu deməkdir. Onun üçün açıq şəkildə suriyalı təkfirçilərlə bağlı erməni yalanını təkrar-təkrar dövriyyəyə soxmaqdan dayana bilmirlər. İrandan Qarabağa PKK axınına toxunmadan hər cür radikal dinçiliyə qarşı barışmaz mövqe tutan Azərbaycanı İranla sərhədə təkfirçi yığmaqda ittiham edirlər. Həm də utanmadan deyirlər ki, biz Qarabağda öldürülənlər şəhid deyil deməmişik, demişik ki, ali baş komandan müharibəyə başlamaq üçün vilayəti fəqihdən icazə almalıdır. Almadığı təqdirdə, ölənlər şəhid sayılmır. Ağayi Dümbələk, Ali Baş Komandan öz torpaqlarını sənin nəsil-nəcabətindən təmizləmək üçün kimdənsə izn almalıdır? Həm şəhidimizə, həm ali baş komandanımıza, həm də bizə hər cür dəstəyini əsirgəməyəcəyini ən ali platformalarda səsləndirməkdən çəkinməyən Türkiyəyə dil uzadacaq, ondan sonra bu torpaqlarla bağlı son qərarı vilayəti fəqihin verəcəyini iddia edəcəksiniz. Başqasının köləsi, kuklası kim olur o zaman bu söhbətdə, ağayi dümbələk?

***

Sonda qeyd edim ki, Bakıda onu atıb gedən ermənilərin əleyhinə söyüb-batırandan sonra İrəvana qaytarılan qarı əslində erməni simasını bir daha ortaya qoydu. Göstərdi ki, bunların bir sözü o birini tutmur və fürsətini tapdıqda, bizə qarşı əllərindən gələni edərlər. Yəni, 9-dan 99 yaşlısına qədər hamısı bir bezin qırağıdır. O sülh quşlarının dediyinin əksinə olaraq, erməni bizimlə heç vaxt barışmayacaq. Onun üçün o quşlar istəyirlərsə, ermənilərlə birlikdə yaşaya bilərlər, ancaq bizim torpaqlarımızda əsla.

Qarabağ Azərbaycandır və bu torpaqların məzarları, ya da üzərində çürüyəcəkləri torpaqlar olmasını istəmirlərsə, gözəlim torpaqlardan rədd olsunlar!

www.yenicag.az

6123
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv