!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Növbətçi görüşlər”də yeni silsilə, yoxsa REAL NƏTİCƏ? – “Sülh danışıqlarının bərpası ilə...”

!Reklam – Yazi

“Paşinyan ürəklənib, deyir ki, danışıqları yalnız Almatı deklorasiyasına uyğun olaraq apara bilərik”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında xarici işlər nazirləri səviyyəsində sülh danışıqlarının bərpası fonunda Azərbaycan hərbçisinin ermənilər tərəfindən saxlanılması və ona cinayət işinin açılmasını şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, Almaniyadakı təşkil olunan görüş “növbətçi danışıqlar”dan silsiləsinə daxildir:

“Ermənilərdən heç vaxt səmimiyyət gözləmək olmaz. İtlə yoldaşlıq elə, çomağı yerə qoyma –məşhur el məsəli belədir. Sülh danışıqlarının bərpası belə izah oluna bilər ki, Azərbaycan özünü təklənmiş, təzyiq altında saxlaya bilməz. Ona görə Almaniyanın təklifinə razılıq vermişik. Bu, növbətçi danışıqlardan biridir.

Paşinyan ürəklənib, deyir ki, danışıqları yalnız Almatı deklorasiyasına uyğun olaraq apara bilərik və delimitasiya da onun əsasında həyata keçirilməlidir. Xatırlayırsınızsa, bizim əsgərlər bir dəfə də Naxçıvandan Ermənistana keçmişdi. Sonra onları qəhrəmana çevirsək də, həmin əsgərlər sosial şəbəkələrdə yersiz paylaşımlar etdilər.

Ermənini başa düşdük, bizim əsgərlərə nəzarət yoxdur, onların komandirləri niyə buna imkan yaradırlar? Ermənini başa düşdük, fürsətdir, ələ keçirib istifadə edəcəklər. Hesab edirəm ki, biz də öz tədbirimizi görməliyik. Onlar 19 yaşlı uşaqdırlar, getdi, azdı, boyunlarına nə istəsələr, qoya bilərlər. Erməni tərəfindən nə hümanizm, nə mərhəmət gözləmək olmaz. Onlar əsgəri ələ keçirib, alver predmetinə çevirəcəklər. Buna hazır olmalıyıq”.

Səxavət Məmməd

www.yenicag.az

286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv