!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbəti antikorrupsiya ƏMƏLİYYATI: “Abşeron Rayon İcra Hakimiyyəti hər zaman “korrupsiya yuvası” olub”

!Reklam – Yazi

“Hətta aparılan əməliyyatlardan birində xarici kəşfiyyata işləyən məmurların olduğu da aşkara çıxarılıb”.

Bu fikirləri ölkədə korrupsiyaya qarşı həyata keçirilən davamlı tədbirlərin nəticələrindən danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.Partiya sədri bildirib ki, çirkin əməllərlə məşğul olanlar bir gün mütləq qanun qarşısında cavab verəcəklər:

“Bunlar hərəsi bir tərəfə söykənmiş adamlardır və yuxarıdakı bəzi məmurlar tərəfindən himayə olunduqlarına görə qanunlara tabe olmaq istəmirlər. Prezident İlham Əliyev qəti iradəsini ortaya qoyub ölkədə korrupsiya ilə məşğul olan məmurların kökünü tamamilə kəsmək istəyir. Hər birimiz prezidentimizin ətrafında birləşib bu mübarizəyə qatılmalıyıq.

Qohumluq əlaqəsi ilə iş görənlər sanki hər şeyi etməyə qadir olduqlarını zənn edirlər. Bu çirkaba batan adamın əlini də kəsən, yenə göz-qaş ilə rüşvət alacaqlar. Korrupsiyaya qarşı aparılan ciddi mübarizə çərçivəsində kimliyindən asılı olmayaraq, rüşvət alan hər bir vəzifəli şəxs cəzalandırılmalıdır. Ölkəmizi korrupsioner məmurlardan qurtarmaq lazımdır.

Bu gün səviyyəsi olmayanlar müxtəlif yollarla vəzifələrə daraşıblar. O onun qohumudur, bu filankəsin yaxınıdır, filankəs bunun tanışıdır prinsipi ilə iş görülməməlidir. Hətta aparılan əməliyyatlardan birində xarici kəşfiyyata işləyən məmurların olduğu da aşkara çıxarılıb. Sadəcə, hər kəsin hər şeyi unutduğunu sanaraq, əməllərini “oldu, keçdi” deyimi ilə pərdələməyə çalışırlar. İndi də Abşeron Rayon İcra Hakimiyyətində antikorrupsiya əməliyyatı keçirilib. Ümumiyyətlə, Abşeron Rayon İcra Hakimiyyəti hər zaman “korrupsiya yuvası” olub. Lakin çirkin əməllərlə məşğul olanlar bir gün mütləq qanun qarşısında cavab verəcəklər. Bunu unutmasınlar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv