!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Növbəti illərdə də ərzağın qiyməti baha olacaq" - Bədbin proqnoz

!Reklam – Yazi

“Ölkəmizdə ərzaq qiymətlərinin artımı, ərzaq təhlükəsizliyinin təmin olunması kimi məsələlərdə müəyyən çətinliklər yaşana bilər. Bununla yanaşı, gələcəkdə bank sektorunda pul-kredit siyasəti daha da sərtləşdirilə bilər”.

Bu sözləri dünyada getdikcə artan inflyasiya, enerji və ərzaq böhranı, logistik zəncirlərin qırılması kimi məsələlər fonunda dünya iqtisadiyyatındakı mövcud problemlərə toxunan iqtisadçı Eyyub Kərimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dünyada gedən iqtisadi proseslər, böyük templi inflyasiya, Rusiya və Ukrayna arasında gedən müharibə ölkələrin iqtisadiyyatına ciddi şəkildə mənfi təsir göstərməkdədir:

“Ümumilikdə Dünya Bankının, digər beynəlxalq iqtisadi və maliyyə qurumlarının hesablamalarına görə, baş verən proseslər iqtisadi inkişafın zəifləməsinə yol açır. Belə ki, inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişaf tempi 6.6 faizdən 3.4 faizə düşəcək. Bu, enerji resurslarından hazırda olan əlavə artımın təsirlərini tam neytrallaşdıracaq. Eyni zamanda insanların gəlirləri azalacaq, enerji resurslarının qiyməti artacaq. Hazırkı məqamda bir insana düşən gəlirin 5 faiz azalması nəzərdə tutulur. Ukrayna-Rusiya müharibəsi əsasən ərzaq qiymətlərinin bahalaşmasına təsir göstərib. Fikrimcə, növbəti illərdə də ərzaqın qiyməti baha olacaq. Bu isə ümumi iqtisadi inkişafa təsir etməklə yanaşı, inflyasiyanın yüksəlməsi insanların sosial rifahının pisləşməsinə səbəb olacaq. Bütün bu proseslər sonda resessiya ilə nəticələnə bilər. Çünki hazırkı gedişat 50 il öncə baş verən resessiyaya bərabərdir. O vaxt gedən iqtisadi proseslər bu gün yaşanmaqdadır. Mövcud vəziyyət daha çox inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrin iqtisadiyyatına daha çox təsir edir. Bu təsirləri aradan qaldırmaq üçün çoxşaxəli və balanslaşdırılmış siyasət aparılmalıdır. Hökumətlər əsasən ixracata qadağa qoyulmasından və qiymətlər üzərində nəzarətdən qaçmalıdırlar. İnflyasiyanın belə templərində hökumətlər daha çox həssas qrupların rifahlarının saxlanılması siyasətini nəzarətdə saxlamalıdırlar”.

Dünya iqtisadiyyatında yaşanan proseslərin Azərbyacan iqtisadiyyatına təsirlərini də dəyərləndirən Eyyub Kərimli vurğulayıb ki, ölkə iqtisadiyyatının çox zərər görməməsi üçün dövlət tərəfindən genişmiqyaslı proqramlar həyata keçirilir:

“Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya etmiş bir ölkədir. Ona görə də dünya iqtisadiyyatının mənfi meylləri ölkəmizə təsirsiz ötüşməyəcək. Bu baxımdan, xüsusən də ərzaq qiymətlərinin artımı, ərzaq təhlükəsizliyinin təmin olunması kimi məsələlərdə müəyyən çətinliklər yaşana bilər. Bununla yanaşı, gələcəkdə bank sektorunda pul-kredit siyasəti daha da sərtləşdirilə bilər. Bu isə kredit faizlərinin daha çox artmasına, sahibkarlıq fəaliyyətinin zəifləməsinə səbəb olacaq. Ümumilikdə ölkəmizin neft-qaz ehtiyatları bol olduğuna görə, iqtisadiyyatımızın çox ciddi şəkildə zərər görəcəyi gözlənilmir. Eyni zamanda dövlət tərəfindən bir sıra addımlar atılır. Bu addımlardan biri ötən gün Prezident İlham Əliyev tərəfindən “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmanın imzalanmasıdır. Fərmana görə, gələn ildən ərzaqlıq buğda tədarükçülərinə 5 il müddətində subsidiya veriləcək. Bu, ölkənin buğda və ərzaq təminatı üçün stimullaşdırıcı amildir. Nəticədə ölkənin ərzaq ehtiyatları artmaqla yanaşı, yerli istehsal və kənd təsərrüfatı sahəsi inkişaf edəcək”.

Gülşən Şərif

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv