!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbəti mərhələ üçün GÖZLƏNTİ: “Siyasi münasibətlər sisteminin yenidən qurulması...”

!Reklam – Yazi

“Son illərə qədər Qarabağ münaqişəsi bizim bir çox problemlərin həllində buxova çevrilmişdi”.

Bu fikirləri partiyaların təkrar qeydiyyat prosesinin yekunlaşmasından sonrakı mərhələ üçün gözləntiləri ilə bağlı fikirlərini bölüşən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, siyasi partiyalar haqqında yeni qanunun qəbulu ölkədə seçki sisteminin də təkmilləşdiriləcəyinə dair ehtimallı xeyli artırıb:

“Hər halda, müəyyən qədər ziddiyyətli təqdim olunsa da, bu, siyasi partiyaların gələcək fəaliyyətinə yönəlik bir mərhələ idi və biz onu faydalı hesab etdik. İstər siyasi partiyaların öz strukturlarına yenidə baxmaları, istərsə də növbəti siyasi proseslərə hazırlıq baxımından bu mərhələnin əhəmiyyəti qeyd olunmalıdır. Partiyaların təkrar qeydiyyat prosesində Ədliyyə Nazirliyinin timsalında şəffaf və obyektiv yanaşma gördük.

Şəxsi fikrim belədir və zənnimcə, partiyamızın da mövqeyi bundan ibarət olacaq ki, növbəti mərhələdə fəaliyyətimizin əsasını əlbəttə, Qarabağ davası təşkil edəcək. Ümumi siyasi kursumuz və digər məsələlərlə bağlı qərarlarımız isə rəsmi strukturlarımız tərəfindən müəyyənləşdiriləcək.

Digər tərəfdən, siyasi partiyalar haqqında yeni qanunun qəbulu ölkədə seçki sisteminin də təkmilləşdiriləcəyinə dair ehtimalı xeyli artırıb. O baxımdan, seçki sisteminin modernləşdirilməsi və siyasi münasibətlər sisteminin yenidən qurulması kimi məsələlər gündəmə gələ bilər. Bildiyiniz kimi, son illərə qədər Qarabağ münaqişəsi bizim bir çox problemlərin həllində buxova çevrilmişdi. Ancaq indi onun tamamilə həll edilməsinin astanasında olduğumuz üçün vəziyyət dəyişib.

Ona görə də siyasi münasibətlərin nizamlanmasında yeni baxışlara əsaslanmaq vacibdir. Qeyd edim ki, siyasi hakimiyyətin özündə də bu tendensiya müəyyən mənada hiss olunmaqdadır. Elə cəmiyyətin tələbatı da budur. Yəni proseslərin bu yöndə inkişafı çox arzuediləndir”.

A.Zeynalov

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv