!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Novruz süfrəsində allergiyaya səbəb olan - Məhsullar

!Reklam – Yazi

Novruz süfrələrini çeşid-çeşid və ləzzətli təamlarla bəzdilmiş nemətlərsiz təsəvvür etmək mümkün deyil. Lakin bəzi Novruz təamları var ki, onlar allergik reaksiyalara səbəb olur. Ona görə də həmin məhsullarla qidalanarkən bəzi məqamlara diqqət yetirmək lazımdır.

Yenicag.az xəbər verir ki, qida allergiyası 2 yaşdan etibarən özünü göstərir və təkibində allergiyaya səbəb olan bu tip qida məhsullarının istehlakından sonra bir neçə dəqiqə ərzində özünü büruzə verərək əlamətləri 2 saatadək davam edir.

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Aynur Həsənova deyib: “Aparılan son tədqiqatlara görə, qida allergiyasına səbəb olan 170 növ qida məhsulu məlumdur. Onlardan daha çox yumurta, inək südü, buğda, soya, balıq və dəniz məhsulları, çərəzlər, xüsusilə qoz və yerfındığı allergiyalara səbəb olur. Novruz bayramında yumurta əksər hallarda kimyəvi boyalardan istifadə edilərək rəngləndiyinə görə allergik reaksiyalar verə bilər. Çərəzlər də güclü allergik reaksiyalarla nəticələnən qida məhsuludur. Onların arasında ən çox allergiyaya səbəb olan yerfındığıdır. Yerfındığına qarşı allergiya özünü bir sıra əlamətlərlə göstərir və hətta anafilaksiya hallarına səbəb olur. Yerfındığına qarşı allergiya böyüklər arasında 1-2, uşaqlar arasında 4-8 faiz təşkil edir. Bir çərəzə qarşı allergiya varsa digər çərəzlərdən istifadə zamanı da allergiya riski yarana bilər”.

Şəkərbura, paxlava, badamburanın hazırlanmasında çərəzlərdən başqa əsas inqridiyent olan buğda unundan istifadə olunması da allergik reaksiyalar yaradır. Bu zaman qarın nahiyəsində ağrılar, ishal, qusma halları, ödem və dəridə səpgilər meydana çıxa bilər. Qazlı-şəkərli içkilərdən də allergik reaksiyalar yaranır. Bayram süfrələrində yer alan içkilərin tərkibi karbon qazı, müxtəlif dadlandırıcılar, rəngləndirici maddələr, turşular və aromatizatorlarla zəngindir. Həmin qarışıqlar isə maddələr mübadiləsinin pozulması ilə nəticələnir.

“Meyvələrə qarşı allergiya isə onların tərkibindəki turşulardan asılıdr. Yaşıl rəngli meyvələrin tərkibində allergenlərin miqdarı daha az, sarı rəngli meyvələrdə orta miqdarda, narıncı və qırmızı rəngli meyvələrdə isə allergenlərin miqdarı daha çox olur”, – deyə mütəxəssis bildirib.

Ona görə də orqanizmin fərdi xüsusiyyətlərini nəzərə alaraq qidalanmaq, allergiya yaradan qidalardan uzaq durmaq məsləhətdir.(azərtac)

www.yenicag.az

329
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv