!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Novruzun vazkeçilməz şirniyyatları və QİDALANMA: "İnsan bədənində bir çox fəsada..." - Mütəxəssis RƏYİ 

!Reklam – Yazi

“Şəkərbura, qoğal, paxlava kimi ağır kalorili və enerji verən şirniyyatların üçünü eyni anda deyil, günün birinci yarısında və az miqdarda qəbul etmək daha məqsədəuyğundur”.

Bu fikirləri Novruz bayramında normadan artıq qidalanma və diqqət olunması vacib məqamlardan danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bayram günlərində normadan artıq qəbul olunan kalorili yeməklər, xüsusilə şirniyyatlar daha sonra orqanizmdə təhlükəli xəstəliklərin yaranmasına səbəb ola bilər:

“Bayramda sağlamlığımızı qorumaq üçün adi günlərdə qəbul etdiyimiz qədər qida qəbul etməli, normal miqdarı keçməməli, xüsusilə yeyilən qidaların çeşidini qarışdırmamalıyıq. Çoxçeşidli qidalar bəzən insan bədənində bir çox fəsada yol açır.

Əvvəlcədən hazırlanaraq bir neçə saat otaq temperaturunda gözlənilən mayonezli, ətli, tərəvəzli salatlar, bişirilmiş yumurta istifadə edilərək hazırlanan salatlar 5-6 saat ərzində saxlanılırsa, həmin salatların tərkibində dəyişikliklər baş verir. Belə olan halda, həmin qidanı həzm etmək çətin olur. Qarında şişkinlik, ağrı yaranmasına, maddələr mübadiləsinin pozulması ilə yanaşı, bağırsaq mikroflorasının da pozulmasına gətirib çıxarır.

Bayram süfrələrinin vazkeçilməzi olan şirniyyatları insanlar həddindən artıq çox qəbul edir. Şəkərbura, qoğal, paxlava kimi ağır kalorili və enerji verən şirniyyatların üçünü eyni anda deyil, günün birinci yarısında və az miqdarda qəbul etmək daha məqsədəuyğundur. Bu şirniyyatların hazırlanmasında keyfiyyətsiz yağ və şəkərdən istifadə olunması da orqanizmə ciddi zərər verə bilər. İnsanın gün ərzində şəkərə olan tələbatı qadınlarda 20-25, kişilərdə 30-35 qramdır, qəbul olunan qida enerjiyə çevrilərək gün ərzində mərkəzi beyin sisteminin yaxşı çalışmasına, orqanizmin daha enerjili və gümrah olmasına kömək edəcək”.

İsmayıl Bakuvi

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv