Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Novxanı çimərliyində 2 qardaş boğularaq öldü - FOTO

Ağstafa sakinləri Xəzər dənizində boğulub.

Hadisə ötən gün axşam saatlarında Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb.

Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər ailəsi axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları, 12 yaşlı Zahid və 9 yaşlı Amil bir qədər uzaqlaşıb.
Övladlarının yoxluğunu hiss edən ata Aqil Əliyev onları axtarmağa başlayıb.

Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar.

Onların sudan çıxarılan meyitləri bu gün səhər saatlarında doğulduqları Ağstafa rayon Poylu qəsəbəsinə gətirilib.

Qeyd edək ki, ailə 3 ildir, Novxanı qəsəbəsində kirayədə yaşayır.(APA)

Yenicag.az

www.yenicag.az

643
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM